29 sentyabr 2014 17:15

Rusiyanın Olimpiya əfsanəsi Bakı-2015 ilə bağlı əldə olunan irəliləyişləri yüksək qiymətləndirdi

Bakı 2015 Avropa Oyunlarının baş ofisinə səfərindən sonra Rusiyanın əfsanəvi buzüstü xokkey ulduzu və ikiqat Olimpiya çempionu Vyaçeslav Fetisov bu gün birinci Avropa Oyunları və Bakı şəhərindəki müasir idman obyektləri ilə əlaqədar olaraq gedən hazırlıq işlərində əldə olunan irəliləyişləri yüksək qiymətləndirmişdir. Azerisport.az xəbər verir ki, 56 yaşlı Fetisov idman karyerası müddətində ölkəsinin idman komandasının kapitanı və məşqçisi, həmçinin Amerikanın Milli Xokkey Liqasında (NHL) oynamış ilk Avropalı oyunçulardan biri olmuşdur. Buzüstü xokkey idmanı sahəsindəki karyerasının ardınca Fetisov 2002 və 2008-ci illər arasında Rusiya Federasiyasının İdman Naziri olmuş və 2014-cü il Qış Olimpiya və Paralimpiya Oyunlarının Soçi şəhərində keçirilməsində mühüm rol oynamışdır.

Eyni zamanda, 1978–1990-cı illər arasında yeddi dəfə dünya çempionu olmuş Vyaçeslav Fetisov deyib: “Bakı 2015 layihəsi və onu idarə edən komanda məndə çox xoş təəssüratlar yaratdı. Bu gün mən Oyunların möhtəşəm keçəcəyini müşahidə etdim.

“Məşğul olduqları idman növündən asılı olmayaraq bacardıqları ən yaxşı idman növünə diqqətlərini yönəltmək üçün idmançıların hamısının eyni şeylərə ehtiyacı var. Müvəqqəti yaşayış yerlərindən tutmuş təlim komplekslərinə, Oyun obyektlərinə  qədər belə görmək olur ki, Bakı 2015 bütün planlaşdırmalarında idmançıların ehtiyac və rifahlarını üstün tutmuşdur. Rusiyalı idmançılardan ibarət komanda 2015-ci ilin iyununda Bakı şəhərinə gəldikdə burada xoş qarşılanacaqlarına və yarışlarda maksimum yüksək nəticə qazanmaq üçün lazım olan mükəmməl şəraitin mövcud olacağına ümid edə bilərlər.”

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə Baş Direktoru cənab Saymon Kleq söyləyib: “Cənab Fetisovu Bakı 2015 ilə tanış etmək bizim üçün çox xoş oldu. Rusiyanın keçmiş İdman Naziri olduğunu və 2014-cü ildə müvəffəqiyyətlə keçirilmiş Soçi Qış Olimpiya Oyunlarına cəlb edildiyini nəzərə alsaq, onun gördüyümüz işləri yüksək qiymətləndirməsi sevindirici haldır.

“Açılış Mərasiminə 260 gündən az bir müddət qalıb və Oyunlarla bağlı həyəcan şəhərin hər yerində nəzərəçarpacaq şəkildə artmaqdadır. Mən əminəm ki, Bakı 2015 Avropa Oyunları həm Azərbaycan, həm də bütün Avropa üçün əsl idman bayramı olacaq.”

Bakı 2015 keçən həftə Azərbaycan Hava Yollarını və Azərbaycan Dövlət Neft Şirkətini (SOCAR) özünün iki yeni Rəsmi Tərəfdaşı elan etməklə Rəsmi Tərəfdaşlarının sayını 6-ya çatdırmışdır.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.