26 sentyabr 2014 16:05

Bakı-2015 üçün ilk seminar

Bu gün Bakı 2015 Avropa Oyunları Avropa Milli Olimpiya Komitələri, kommunikasiya menecerləri və beynəlxalq media nümayəndələri üçün birinci Kommunikasiya seminarını təşkil edib. Azerisport.az xəbər verir ki, iki günlük proqramda Avropadan 62 nümayəndə Bakı 2015-in İdman obyektlərini ziyarət edəcək və Avropa Oyunları üçün nəzərdə tutulmuş ən son yeniliklərlə bağlı seminarlarda iştirak edəcəklər.

Bakı 2015-in bir neçə şöbəsi, İdman, Nəqliyyat, Mətbuat Əməliyyatları, Yayım və Kommunikasiyanın yüksək vəzifəli nümayəndələri daxil olmaqla iştirakçılar üçün təqdimatlar keçirəcəklər.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq qeyd edib: “Biz ilk Avropa Oyunları ilə əlaqədə olan Avropanın Milli Olimpiya Komitələrinin kommunikasiya komandaları və onların media nümayəndələri ilə yeni münasibətlərin əsasının qoyulmasını səbirsizliklə gözləyirik.

“Seminara qatılan insanların dəstəyi və əməkdaşlığı bizim üçün bütün qitəni növbəti yay Oyunları necə təşkil etməyimiz və Azərbaycanda gedən işlər barədə məlumatlandırmaq baxımından çox mühümdür.”

Ümumilikdə, bütün qitədən 1000-dən çox jurnalistlə bərabər, hər ölkədən kommunikasiya rəsmilərinin gələn il Bakı 2015 Avropa Oyunlarına qatılacağı gözlənilir.

Britaniya Olimpiya Assosiasiyasının Kommunikasiya üzrə direktoru cənab Adrian Basset söyləyib: “Bu həftəsonu Avropa Oyunları haqqında daha çox öyrənmək və Bakı 2015-in Oyunlar zamanı necə fəaliyyət göstərəcəyini bilmək üçün olduqca əvəzolunmaz şansdır.

“Bir çox millətlər Azərbaycanda ilk dəfə olaraq yarışacaqlar. Buna görə də gələn il idmançılarımızı necə mükəmməl bir tədbirin gözləyəcəyini bilmək üçün bu ölkəni ziyarət etmək çox vacibdir.”

Gələn il 17 müsabiqə günü ərzində xəbər saytları, qəzetlər, radio və televiziya kanalları 6000 idmançının iştirak etdiyi Oyunları işıqlandıracaqlar.

Bakı 2015-in Kommunikasiya şöbəsinin direktoru cənab Uilyam Lui-Mari deyib: “İlk dəfə olaraq keçirilən Avropa Oyunlarında Milli Olimpiya Komitələrinin yaxından iştirakına nail olmaq bizim üçün çox vacibdir və biz İlk Avropa Oyunlarının əks-səda doğurması üçün onlarla sıx əməkdaşlıq edirik.

“Seminar, bizim Avropa daxilində Milli Olimpiya Komitələri, idmançılar, media və azarkeşlərlərlə səmərəli ünsiyyət qurduğumuza əmin olmaq baxımından mühüm şansdır.”

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.