24 sentyabr 2014 15:40

Bakı-2015-in 6-cı rəsmi tərəfdaşı

Bakı 2015 Avropa Oyunları bu gün qürur hissi ilə milli sərnişindaşıma şirkəti olan Azərbaycan Hava Yolları ilə Rəsmi Tərəfdaşlıq barədə müqavilə imzalamasını bəyan edir. Azerisport.az xəbər verir ki, Avropa Oyunları barədə beynəlxalq səviyyədə insanların məlumatlılığını artırmağa kömək məqsədilə Azərbaycan Hava Yolları bu saziş əsasında Bakı 2015-in brendini daşıyacaq və həmçinin, ölkəyə uçuşlar zamanı təqdim edilən filmlərdə və jurnallarda Oyunlar barədə təsvirlər verəcək.

Eyni zamanda, bu müqavilə gələn yay möhtəşəm idman yarışlarına gələn qonaqların qarşılanmasında Heydər Əliyev Beynəlxalq Hava Limanında yetərli səviyyədə təbliğatın aparılmasını təmin edəcəkdir.

Azərbaycan Respublikasının Gənclər və İdman naziri və Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Baş İcraçı Direktoru cənab Azad Rəhimov demişdir: “Azərbaycan Hava Yolları ölkəmizi dünya ilə əlaqədə saxlamağa kömək edir və bu o deməkdir ki, Azərbaycan Hava Yollarının Rəsmi Tərəfdaş kimi Avropa Oyunları komandasına qoşulmağı yerinə düşür.

“Azərbaycan Hava Yolları Azərbaycanda ən məşhur şirkətlərdən biridir və onlar Avropa Oyunlarının dünyanın hər yerində nəzərə çarpmasında bizə kömək edəcəklər.”

Hər il 1.7 milyon sərnişin daşıyan və dünyanın 38 ölkəsində xidmət göstərən bu şirkət gələn il Avropa Oyunları ilə bağlı olaraq Bakıya gündəlik uçuşlarının sayını artıracaq.

Azərbaycan Hava Yollarının prezidenti cənab Cahangir Əsgərov demişdir: “Bakı 2015 Avropa Oyunları Azərbaycanda yüksək səviyyəli idman tədbirindən zövq almaq üçün dünyanı Bakıya gətirəcək gözəl fürsətdir.

“Rəsmi Tərəfdaş kimi Avropa Oyunlarına qoşulmaq bizim üçün qürurdur və biz Bakı 2015 brendini uçuşlarımızla bütün dünyaya çatdırmağı səbirsizliklə gözləyirik.”

Azərbaycan Hava Yolları P&G, Tissot, BP, Nar Mobile və ARDNŞ-a qoşularaq Avropa Oyunlarının altıncı Rəsmi Tərəfdaşı oldu.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq demişdir: “Gələn il Avropanın ən güclü idmançılarını Bakıya gətirməkdə əhəmiyyətli rol oynayacaq bizim altıncı Rəsmi Tərəfdaşımız Azərbaycan Hava Yolları ilə bu əhəmiyyətli sazişi imzalamaqdan çox məmnunuq.

“Xidmətinin keyfiyyətinə görə beynəlxalq səviyyədə tanınmış Azərbaycan Hava Yolları Bakı 2015 Avropa Oyunlarının və bizim mövcud sponsorluq proqramımızın işinə təkan vermək üçün ən uyğun şirkətdir.”

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.