21 sentyabr 2014 00:10

ARDNŞ də Bakı-2015-in rəsmi tərəfdaşı oldu

Bakı 2015 Avropa Oyunları bu gün fəxr hissi ilə elan edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Avropa Oyunlarının Rəsmi Tərəfdaşı olmasını təsdiq edən müqaviləyə imza atmışdır. Azerisport.az xəbər verir ki, müqaviləyə görə yarışlarla bağlı maarifləndirməni artırmaq məqsədilə ARDNŞ-nin yanacaqdoldurma məntəqələrində və ticarət nöqtələrində Bakı 2015 Avropa Oyunlarının loqotipi təsvir olunacaq.

ARDNŞ İsveçrə, Gürcüstan, Rumıniya və Ukrayna daxil olmaqla digər dörd ölkədə həyata keçirəcəyi marketinq kampaniyaları sayəsində Avropa Oyunlarının qitə miqyasında təbliğ olunmasına da dəstəyini göstərəcək.

Azərbaycan Respublikasının Gənclər və İdman Naziri, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Baş İcraçı Direktoru cənab Azad Rəhimov deyib: “Avropa Oyunları Azərbaycanı dünyanın digər ölkələrində təbliğ etmək üçün çox mühüm imkandır və bu cür yüksək dəyərə malik beynəlxalq şirkət tərəfindən dəstəyin göstərilməsi vacibdir. Bakı 2015 Avropa Oyunları ərəfəsində ARDNŞ-nin və onun bütün işçi heyətinin tam dəstəyini almaqdan çox məmnunuq.”

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iştirak etdiyi təməlqoyma mərasimində `Cənub Qaz Dəhlizi`nin genişləndirilməsi üzrə tikinti işinin başlanılması münasibətilə saziş elan olunub.

Bunu da qeyd etmək lazımdır ki, bu gün eyni zamanda, `Əsrin Müqaviləsi`nin imzalanmasının 20 illiyi tamam olur. Həmin müqavilə Azərbaycanın təbii ehtiyatlarını beynəlxalq ictimaiyyətə açıq elan etdiyinə şahidlik etmişdir.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti cənab Rövnəq Abdullayev qeyd edib: “Biz Bakı 2015 Avropa Oyunlarına dəstəyimizi göstərməyimizlə fəxr edirik, çünki birinci Avropa Oyunları Azərbaycanın bu günə kimi həyata keçirdiyi ən böyük idman yarışları olacaq.

“İdman sahəsində sponsorluq etmək bizim üçün çox vacib məqamdır və ARDNŞ ölkənin tarixində baş verən və böyük maraq doğuran belə bir anın bir hissəsi olmaq şərəfinə nail olur.

“Avropa Oyunları özündən sonra uzunmüddətli müsbət dəyişikliyin qoyacaq və bu dəyişikliyin bir hissəsi olduğumuz üçün özümüzü çox xoşbəxt hiss edirik.”

ARDNŞ P&G, Tissot, BP və Nar Mobile şirkətlərinə qoşularaq Bakı 2015 Avropa Oyunlarının beşinci Rəsmi Tərəfdaşına çevrilir.

Avropa Olimpiya Komitələrinin prezidenti cənab Patrik Hikki deyib: “Bir sıra yüksək səviyyəli beynəlxalq şirkətlərin dəstəyini almaq istənilən əsas idman yarışları üçün əhəmiyyət kəsb edir və Bakı

2015-in yüksək keyfiyyətli tərəfdaşları birinci Avropa Oyunlarının gözəl keçəcəyinə səbəb olacaq.”

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə Baş Direktoru cənab Saymon Kleq əlavə edib: “Avropa Oyunlarının başlanmasına qalan günləri geri sayılır. Və bu vaxtda əksər böyük Azərbaycan şirkətlərinin idman vasitəsilə Avropanı birləşdirəcək belə innovativ yarışlara dəstəyi bizə böyük inam bəxş edir.”

60 000-dən çox işçisi olan ARDNŞ əsas böyük idman qurumları və yarışları ilə, o cümlədən Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə uzun müddətli birliyə malikdir.

Şirkət, eyni zamanda, 2016-cı ildə Fransada keçiriləcək Avropa Futbol Çempionatının əsas sponsorlarından biri olmaq üçün də öz razılığını verib.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.