12 sentyabr 2014 14:15

Bakı-2015 Sitecore şirkətini özünün rəsmi dəstəkçisi elan etdi

Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) Bakı 2015-in rəsmi saytını təkrar istifadəyə vermək məqsədilə Sitecore şirkətinin mütəxəssisləri ilə komanda şəklində toplanıb. Azerisport.az xəbər verir ki, ilk Avropa Oyunlarına geri sayım davam edir və bu müddətdə sifarişçinin şərtlərinə uyğun olaraq hazırlanan məzmunun idarə edilməsində və rəqəmsal marketinq texnologiyasında ixtisaslaşan Sitecore şirkəti Bakı 2015-in vebsayt ilə məşğul olan komandasına dəstək göstərəcək.

Şirkət təchizat və sponsorluq haqqında müqaviləyə imza atıb və gələn il Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək Avropa Oyunları ərəfəsində Oyunlarla bağlı məlumatların təmin edilməsi işinin tərkib hissəsinə çevriləcək.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə Baş Direktoru cənab Saymon Kleq deyib: "Birinci Avropa Oyunlarının internetdə geniş şəkildə işıqlandırılması, eyni zamanda, orijinal və yüksək keyfiyyətli məzmundan ibarət innovativ vebsayta malik olması çox vacibdi".

"Sitecore yüksək standartlara cavab verən vebsaytların yaradılması və idarə edilməsi ilə tanınan dünya şöhrətli şirkətdir. Avropa Oyunlarının vebsayt ilə məşğul olan komandası üçün Sitecore şirkəti tərəfindən göstəriləcək dəstək mühüm əhəmiyyətə malikdi".

İlk Avropa Oyunlarında nümayiş olunacaq 20 idman növünün və Oyunların keçiriləcəyi 18 yarış obyektinin hər birinin ətraflı təsvir olunduğu yeni Bakı 2015 vebsaytına saytın ilk dəfə avqustun 21-də işə başlamasından sonra dünyanın 130-dan çox ölkəsindən azarkeşlər daxil olmuşdur.

Sitecore International şirkətinin prezidenti cənab Soren Bak Jepsen söyləyib: "Sitecore şirkəti Bakı 2015-in Rəsmi Dəstəkçisi olması ilə qürur duyur. Biz Avropa Oyunları ilə bağlı yaşanan həyəcanı internet üzərindən çatdırmaq məqsədilə öz təcrübə və bacarıqlarımızdan maksimum dərəcədə istifadə edəcəyik".

"Vebsayt aydın cizgilərlə tərtib edilib və orada mövcud olan bütün kontenti müxtəlif növ cihazlardan və ekranlardan görmək mümkün olacaq. Bunun sayəsində azarkeşlər istənilən vaxt Oyunlarla bağlı məlumat ala biləcəklər".

"Eyni zamanda, saytda sosial medianın şərhləri də öz əksini tapacaq. Bu isə o deməkdir ki, dünyanın hər yerindəki idman azarkeşləri real vaxt rejimində yarışlarla və bir-birləri ilə təmasda ola biləcəklər".

Sazişə görə Sitecore şirkəti McDonald’s, Tickethour və Milla-dan sonra Bakı 2015-in dördüncü Rəsmi Dəstəkçisi oldu.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Kommersiya şöbəsinin direktoru cənab Çarli Viceratna deyib: "Sitecore şirkətinin əsas beynəlxalq idman yarışlarında peşəkarlığa və təcrübəyə malik olması o deməkdir ki, şirkət Bakı 2015-in ideal dəstəkçisidi".

"Onların malik olduğu texnologiya dünyanın bir çox məşhur idman komandaları və yarışları üçün Oyunların onlayn rejimdə yayımlanmasını həyata keçirib və bu texnologiya Bakı 2015 Avropa Oyunlarının onlayn rejimdə işıqlandırılması üçün əsas vasitə olacaq".

"Şirkət təkrarolunmaz təcrübə və nüfuza malikdir və biz qarşıdakı aylarda onlarla daha sıx şəkildə çalışacağıq".

2001-ci ildə əsası qoyulan Sitecore şirkətinin Danimarkanın paytaxtı Kopenhagendə və ABŞ-ın Kaliforniya ştatında baş ofisləri var. Şirkət hazırda dünyanın 55-dən çox ölkəsində fəaliyyət göstərir.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.