11 sentyabr 2014 17:35

Bakı-2015 Fransa Milli Olimpiya Komitəsi və Sentez Vousla tərəfdaşlığa başladı

Bakı-2015 Avropa Oyunları böyük məmnuniyyətlə Fransanın Milli Olimpiya Komitəsi və Sentez Vous İdman təşkilatı ilə tərəfdaşlığını elan edir. Azerisport.az xəbər verir ki, Fransada Sentez Vous İdman təşkilatı tərəfindən İdman festivalı təşkil olunur. İdman tədbirinin bayram kimi qeyd edilməsi insanları daha da fəal həyat tərzi sürməyə səsləyir. Sentyabr ayının 13-dən 21-nədək keçiriləcək idman tədbiri bütün Fransanı əhatə edəcək.

Artıq beş ildir ki, ənənəvi olaraq keçirilən tədbir ölkənin Milli Olimpiya Komitəsinin və bütün Fransa idman federasiyalarının dəstəyi ilə məktəblərdə, universitetlərdə və müəssisələrdə baş tutacaq.

Sentez Vous İdman festivalının keçirilməsində məqsəd idmanı sağlam həyat tərzinin bir hissəsi kimi təbliğ etmək və maarifləndirici seminarlar vasitəsilə daha çox sayda insanı müntəzəm fiziki fəaliyyətlər ilə məşğul olmağa həvəsləndirməkdir.

Fransada tədbirlə bağlı bütün kommunikasiya məsələləri, televiziya reklamı, sosial medya və çap məhsulları Bakı 2015 ilə əlaqələndiriləcək.

Festivalda ölkəmizi bu yaxınlarda Nanjinqdə keçirilən gənclər arasında Yay Olimpiya oyunlarında medal qazanmış 6 Azərbaycanlı idmançı təmsil edəcək.

Səid Quliyev (taekvondo-qızıl medal), Teymur Məmmədov, İqbal Hacızadə (güləş-qızıl medal), Cabbar Nəcəfov, Leyla Qurbanova (güləş-gümüş medal) və Nazim Babayev (atletika, 3 təkanla tullanma-bürünc medal) Fransanın Milli İdman və Fiziki Tərbiyə İnstitutuna səfər edəcək və ölkədəki idman tədbirlərində iştirak edəcəklər.

Azərbaycan Respublikasının Gənclər və İdman naziri, Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) Baş İcraçı Direktoru cənab Azad Rəhimov qeyd edib: “Sentez Vous İdman tədbirinin keçirilməsində məqsəd çoxlu sayda insanı idmanı həyat tərzlərinin mərkəzi hissəsinə çevirməyə həvəsləndirməkdir.

“Hazırda əhalinin 66%-ni 35 yaşa qədər olan gənclər təşkil edir. Azərbaycanın gənc nəsli idmana çox həvəslidir və biz gələcəkdə bu təşəbbüsü öz ölkəmizdə də təkrar etmək istərdik.”

Festivalda 100-dən artıq idman növü təmsil olunacaq. Tədbirdə ABŞ Milli Basketbol Assosiasiyasının dördqat çempionu, basketbolçu Toni Parker və 2004-cü il Afina Yay Olimpiya Oyunlarında üzgüçülük üzrə qızıl medal qazanmış Lor Manaudou iştirak edəcək.

Kampaniya seminarlar və fəaliyyətlər vasitəsilə insanları yeni idman növləri və fiziki məşqlər ilə tanış edəcək. Ənənəvi festival həftənin müxtəlif günlərində, müxtəlif yaş qrupuna daxil olan insanlar üçün təşkil olunacaq.

Fransa Milli Olimpiya Komitəsinin prezidenti Denis Masseqlia söyləyib: “Biz Bakı 2015-lə əməkdaşlığa məmnunuq və Komitənin dəstəyi ilə Sentez Vous İdman tədbiri xalqımızda idmana marağı artıracaq.”

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə Baş Direktoru cənab Saymon Kleq deyib: “Sözügedən tədbir Bakı 2015 Avropa Oyunlarına qitənin digər tərəfində də idmanı təbliğ etməyə imkan yaradacaq.

“Fransa Avropanın idman sahəsində əsas güc sahibidir və Sentez Vous İdman tədbirinə dəstək göstərməklə Avropa Oyunları Azərbaycanda sağlam həyat tərzi anlayışının əsasını qoyacaq.”

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.