9 sentyabr 2014 19:15

Bakı-2015 Avropanın üç ölkəsi ilə əsas yayım müqaviləsi bağladı

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi böyük məmnuniyyətlə Rumıniya, Macarıstan və Belçika ilə üç beynəlxalq yayım müqaviləsinin bağlandığını elan edir. Azerisport.az xəbər verir ki, sözügedən üç müqavilənin bağlanması ilə idman azarkeşləri gələn ilin yayında keçiriləcək 17 günlük birinci Avropa Oyunlarını canlı izləyə biləcəklər.

Bağlanmış müqavilələrə görə DigiSport şirkəti Rumıniya və Macarıstanda, Sport 10 şirkəti isə Belçikada Avropa Oyunlarını yayımlayacaq.

Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə Baş Direktoru cənab Saymon Kleq deyib: “Bu üç sazişin bağlanması bütün qitədə birinci Avropa Oyunlarını izləməyə olan marağın yüksək səviyyədə olduğunu göstərir.

“Rumıniya, Macarıstan və Belçikanın idman sahəsində möhtəşəm uğur tarixi var. Oradakı azarkeşlərin gələn yay keçiriləcək yarışlarda öz idmançılarının nailiyyətlərini izləmələri üçün zəmanətin verilməsi gözəl haldır.

“Bağlanmış müqavilələrlə ev sahibi olan yayım şirkətimiz - Beynəlxalq İdman Yayımı Şirkətinin (ISB) birgə fəaliyyəti sayəsində idman azarkeşləri bir sıra media platformaları üzərindən hərtərəfli yayımdan yararlanacaqlar.”

Beynəlxalq İdman Yayımı Şirkəti Avropa Oyunları müddətində oyunların 800 saatlıq canlı, müasir təqdimatını təmin edəcək.

Hər üç ölkədə hər gün tədbirin kadrları, eyni zamanda, tam şəkildə Açılış və Bağlanış Mərasimləri yayımlanacaq. İlkin proqramlaşdırma və gündəlik olaraq yarışların maraqlı məqamlarından seçilmiş videomateriallar da yayımlanacaq.

DigiSport Rumıniya şirkətinin Baş redaktoru cənab Georgi Dobre söyləyib: “Biz Bakı 2015 ilə belə müqavilələrin bağlandığına çox şadıq və Rumıniya və Macarıstandakı azarkeşlərə gündəlik əsasda Avropa Oyunlarının canlı və müstəsna yayımını təqdim etməyi səbirsizliklə gözləyirik.”

Sport 10 şirkətinin İdarəetmə üzrə Direktoru xanım Karin Stup qeyd edib: “Birinci Avropa Oyunları bütün dünya tamaşaçıları üçün böyük marağa səbəb olacaq və biz Belçikalı azarkeşlər üçün yarışlardan yüksək səviyyəli kadrları təqdim edəcəyimizi böyük məmnuniyyətlə elan edirik.”

Keçən həftə Türkiyənin NTV Spor kanalı Avropa Oyunlarının yayım haqqında beynəlxalq saziş imzaladığı ilk şirkət olaraq təsdiq edilmişdir.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Kommersiya şöbəsinin direktoru cənab Çarli Viceratna deyib: “Birinci Avropa Oyunlarına çox az zaman qaldığı üçün biz bir sıra sazişlərin bağlanmasını yekunlaşdırırıq. Həmin sazişlərə görə azarkeşlərin hər bir idman növü üzrə yarışlardan zövq almaları üçün Bakı 2015 Avropa Oyunları bütün dünyada canlı olaraq yayımlanacaq.”

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.