2 sentyabr 2014 17:25

Milla Bakı-2015-in rəsmi tərəfdaşı oldu

Bakı-2015 Avropa Oyunları yüksək keyfiyyətli süd təchizatçısı olan Milla şirkətini birinci Avropa Oyunlarının Rəsmi Tərəfdaşı elan edir. Azerisport.az xəbər verir ki, sazişə görə Milla şirkəti Azərbaycanda 5000-dən artıq dükanda reklam işi aparacaq, bütün məhsullarının və işçilərinin uniformalarının üzərində Bakı 2015 loqosunu daşımaqla Bakı 2015 Avropa Oyunlarına öz dəstəyini göstərəcək.

Həmçinin, daxilində dondurmaların olacağı furqonlar vasitəsilə də şirkətin məhsulları Bakı 2015 yarışlarının keçiriləcəyi obyektlərdə mövcud olacaq. Şirkət televiziyada geniş reklam kampaniyası aparmaqla da Avropa Oyunlarını dəstəkləyəcək.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə Baş Direktoru cənab Saymon Kleq deyib: "Milla Azərbaycanda tanınmış və çox sevilən brenddir. Biz onları Oyunların Rəsmi Tərəfdaşı kimi salamlamaqdan məmnunuq".

"Şirkətin tanınmış məhsulları birinci Avropa Oyunları ilə bağlı maraq və həyəcanımızı bütün ölkə ərazisindəki milyonlarla idman azarkeşləri ilə bölüşməkdə bizə kömək edəcək".

Əməkdaşlığa görə Milla şirkəti təbliğat işləri aparmaqla və ölkənin hər yerinə mallarını çatdırdığı furqonların üzərində Bakı 2015 brendini təsvir etməklə bütün Azərbaycan ərazisində Avropa Oyunlarının reklamını həyata keçirəcək.

Milla şirkətinin İdarəetmə üzrə Direktoru cənab Filip Rayt qeyd edib: "Biz Bakı 2015 Avropa Oyunlarının Rəsmi Tərəfdaşına çevrilməklə Oyunlar ailəsinə qoşulduğumuza şadıq".

"Milla brendi Azərbaycan xalqına Avropa Oyunlarının yüksək standartlarına uyğun gələn bir sıra yüksək keyfiyyətli, sağlam və innovativ süd məhsulları təklif edir".

"Avropa Oyunları Azərbaycanın tarixinə heyrətamiz anlar kimi daxil olacaq və biz bütün Avropanın zövq alacağı idman yarışlarına gedən yolun bir hissəsi olduğumuz üçün fəxr edirik".

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Kommersiya şöbəsinin direktoru cənab Çarli Viceratna əlavə etmişdir: "Millanın Azərbaycanda güclü nüfuza malik olması və tanınan bir brend olması göstərir ki, şirkət Bakı 2015-in ideal tərəfdaşıdır və onların dəstəyinə etibar etmək çox gözəldir".

Milla McDonalds-dan və Tickethour-dan sonra Bakı 2015 Avropa Oyunlarının üçüncü Rəsmi Tərəfdaşıdır.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.