1 sentyabr 2014 14:32

Bakı-2015 Türkiyənin əsas kanalı ilə beynəlxalq yayım sazişi bağladı

Bakı 2015 Avropa Oyunları bu gün Türkiyənin aparıcı idman kanalı olan NTV Spor ilə beynəlxalq yayım haqqında ilk sazişi bağladığını edir. Azerisport.az xəbər verir ki, sazişə görə NTV Spor kanalı bütün Türkiyə ərazisində birinci Avropa Oyunlarının yayımını həyata keçirməklə gələn ilin yayında keçiriləcək 17 günlük yarışları canlı izləməkdə idman azarkeşlərinə imkan yaradacaq.

NTV Spor kanalı televiziya, internet və mobil platformalar üzərindən hər gün Oyunların yeddi saat təqdimatını keçirəcək. Həmin yeddi saatdan böyük hissəsi canlı olaraq yayımlanacaq. Eyni zamanda, yarışların parlaq məqamlarından seçilmiş videomateriallar ilə birgə Açılış və Bağlanış mərasimləri də canlı olaraq nümayiş olunacaq.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə Baş Direktoru cənab Saymon Kleq qeyd edib: “İlk beynəlxalq yayım sazişi bağladığımızı elan etməyə çox şadam. Sözügedən saziş milyonlarla türkiyəli idman azarkeşinə birinci Avropa Oyunlarını canlı izləmək imkanı yaradacaq.

“Beynəlxalq İdman Yayımı Şirkəti ilə yanaşı çalışaraq ev sahibi olan yayım şirkətimiz NTV Spor kanalı, mümkün qədər çox idman azarkeşinin bir sıra media platformaları üzrə ətraflı yayımdan faydalanmasını təmin edəcək.”

Türkiyədə böyük idman tədbirlərini yayımlayan NTV Spor kanalı Avropa Oyunlarında oynanılan hər bir idman növünün keyfiyyətli şəkildə təqdim edilməsinə xidmət edəcək.

Doğus Media Group-un İdman Qrupunun prezidenti cənab Fuat Akdağ bildirib: “Biz bütün Türkiyədəki idman azarkeşlərini Avropa Oyunlarının yayımlanması xidməti ilə təmin etmək üçün Beynəlxalq İdman Yayımı Şirkəti və Bakı 2015 ilə işləməyi səbirsizliklə gözləyirik.

“Bu saziş təkcə Türkiyədə çoxsaylı idman növlərindən ibarət yarışlara olan marağı əks etdirmir, eyni zamanda, həmin yarışların beynəlxalq yayım şirkətləri üçün güclü məhsul olaraq qalacağını göstərir.”

Türkiyə Olimpiya Komitəsinin baş katibi xanım Nəşə Gündoğan əlavə edib: “Bu saziş Türkiyənin hər yerindəki idman azarkeşlərini bir araya gətirəcək və bütün Türkiyə xalqına birinci Avropa Oyunlarında yarışmaq üçün seçilmiş idmançılarımıza öz dəstəklərini göstərməyə imkan yaradacaq.

“Biz hər zaman yaxın qonşumuz olan Azərbaycan ilə güclü dostluq münasibətlərində olmuşuq və bu sövdələşmə bu tarixi əlaqəni daha da möhkəmləndirəcək.”

NTV Spor kanalı Türkiyənin ən böyük media konqlomeratlarından birinin bir hissəsi olan Doğus Media Group-a məxsusdur.

Beynəlxalq İdman Yayımı Şirkəti Oyunlar müddətində 800 saatdan artıq canlı, müasir televiziya təqdimatı nümayiş etdirəcək.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.