29 avqust 2014 14:45

Bakı-2015-ə sambo da əlavə edildi, güləşdə çəki kateqoriyaları artırıldı

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) bu gün böyük məmnunluqla Sambo döyüş idman növünün birinci Avropa Oyunlarının idman proqramına daxil edildiyini elan edir. Azerisport.az xəbər verir ki, cüdo, cucitsu və güləşin, o cümlədən yerli döyüş növlərinin çılğın qarışığı olan Sambo Azərbaycanda çox populyardır və bütövlükdə Qafqaz regionunda  qədim tarixə malikdi.

Sambonu döyüş növləri sırasına daxil etmək qərarı Avropa Olimpiya Komitələri və Beynəlxalq Sambo Federasiyası (FİAS) tərəfindən verilmişdir.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq bildirmişdir: “Biz Sambonun rəsmən Bakı 2015 Avropa Oyunlarının idman proqramına daxil edildiyini və gələn ilin birinci Avropa Oyunlarında nümayiş olunacaq yeni innovativ idman növlərinin sayının artırıldığını böyük məmnunluqla nəzərinizə çatdırırıq.

“Azərbaycanda olduqca populyar olan bir idman növünün proqrama daxil edilməsi gələcəkdə də bu yarışmanın əhəmiyyətini artıracaq və Avropa Oyunlarına gələcək idman proqramlarına populyar yerli idman növlərini daxil etmək mirası qoyacaq.”

Bu yeni əlavə Bakı 2015 Oyunlarında 16-sı Olimpiya idman növü, dördü isə qeyri-Olimpiya idman növü olmaqla cəmi 20 idman növünün təmsil olunacağı deməkdir.

Həmçinin, daha altı çəki kateqoriyasının daxil edilməsilə güləş də Bakı 2015 Avropa Oyunlarında irəli sürüləcək.

Bu idman növünə əlavə olaraq 80 kvotalıq yerlər verilib və Birləşmiş Güləş Növləri üzrə Beynəlxalq Federasiya (FİLA) tərəfindən doldurulacaq.

Bakı 2015 Avropa Oyunlarında ümumilikdə 480-dən çox güləşçi altı gün ərzində Heydər Əliyev Arenasında kişilər və qadınlar kateqoriyalarında 25 qızıl medal uğrunda yarışacaq.

Cənab Kleq əlavə etmişdir: “Güləş Azərbaycanda ən populyar idman növlərindən biridir və növbəti il keçiriləcək Avropa Oyunlarında rəqabəti artırmaq üçün yarışların proqramına edilmiş mükəmməl bir əlavədir.”

FİLA prezidenti cənab Nenad Laloviç bildirmişdir: “Birinci Avropa Oyunlarında idmançılarımızın yarışması üçün idman növlərinin artırılması əla haldır.

“Biz Avropanın ən uğurlu güləşçilərinin tarixən birinci qitə çempionu adı uğrunda döyüşməsini səbirsizliklə gözləyirik.”

Bu arada, boks üzrə qlobal xal reytinqi sisteminə edilmiş sonuncu yenilik gələcək yay 2015 Oyunlarında Avropanın ən uğurlu döyüşçülərinin qızıl medaldan daha üstün məqsədlər üçün yarışacağı deməkdir.

Beynəlxalq Boks Assosiasiyası (AİBA) artıq qitə üzrə ümumdünya multi-idman Oyunlarında yarışmağa görə reytinq xallarının veriləcəyini elan etməklə həvəsləndirməni daha da artırdı.

Bu isə o deməkdir ki, birinci Avropa Oyunlarının boks üzrə qızıl medalçıları artıq AİBA Reytinq Sisteminin 700-dək reytinq xalını qazana bilərlər.

AİBA prezidenti dr. Ç.K. Vu bildirmişdir: “AİBA-nın qitə Oyunlarında reytinq xalları vermək haqqındakı qərarı dünyanın ən uğurlu boksçularının bu cür tədbirlərdə tez-tez iştirak etməklə yarışların standartını olduqca yüksək səviyyəyə qaldırdığını qəbul edir.

“Mən Avropa Oyunlarının gələcəkdə də Avropada boksun davamlı inkişafına necə təsir edəcəyini görmək üçün səbirsizlənirəm.”

BAOƏK bu gün Küçə Atletikası (hündürlüyə tullanma və ağacla hündürlüyə tullanma) yarışlarının da gələn ilki tədbirin nümayiş proqramında əks olunacağını elan etdi.

İki idman bölməsinin proqrama daxil edilməsi Bakı 2015-in birinci Avropa Oyunlarına evsahibliyi etməklə bağlı uzaqgörən və innovativ yanaşma nümayiş etdirdiyinin göstəricisidir.

Bakı 2015 Avropa Oyunlarında idman direktoru cənab Pirs O’Kallaqan əlavə etmişdir: “Proqramımızda əks olunan çox sayda idman növünün Bakı 2015 Avropa Oyunlarını idmançıların karyeralarında yüksəlməsi üçün ciddi bir tədbir kimi görməsi faktı Avropa idman ailəsinin tam şəkildə birinci Avropa Oyunlarının arxasında olduğunu göstərir.

“İdman proqramını genişləndirməklə biz gələn il bir sıra həyəcanverici və yeni idman növləri üzrə yüksək keyfiyyətli yarışlar izləməyi və Avropanın ən uğurlu idmançılarını Bakıda görməyi səbirsizliklə gözləyirik.”

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.