22 avqust 2014 15:35

Bakı-2015 MTB üzrə test yarışına qeydiyyat başladı

Gələn il keçiriləcək ilk Avropa Oyunları - "Bakı-2015"in proqramına daxil olan dağ velosipedi (MTB) üzrə sınaq yarışına mətbuat nümayəndələrinin qeydiyyat prosesi start götürüb. Qeyd edək ki, yarış bu il oktyabrın 18-də Bakıda Dağ Velosipedi veloparkında keçiriləcək.

Azerisport.az xəbər verir ki, tədbirdə kişi və qadın idmançılar üçün elit yarışlar nəzərdə tutulub. Yarış Beynəlxalq Velosipedçilər İttifaqının təqvim planına da daxil edilib.

Sınaq yarışı "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsi ilə Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq. Qeyd edək ki, Dağ Velosipedi Veloparkı Bakıda yeni tikilmiş idman obyektlərindən biridir və 12-28 iyun, 2015-ci il tarixlərində "Bakı-2015" Avropa Oyunları çərçivəsində keçiriləcək Dağ Velosipedi yarışları da məhz bu məkanda baş tutacaq.

Dağ Velosipedi İdmanı üzrə sınaq yarışında iştirak etmək istəyən mətbuat nümayəndələrindən xahiş olunur ki, sentyabrın 19-dək ərizə formasını doldurub [email protected] ünvanına gönrərsinlər.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.