12 avqust 2014 14:30

Bakı-2015 rəsmiləri Avropa Gəncləri Sessiyasının bağlanış mərasimində

Bakı-2015 Avropa Oyunları rəsmiləri Yunanıstanın Olimpiya şəhərində yerləşən  Beynəlxalq Olimpiya Akademiyasında keçirilmiş  Avropa Gəncləri Sessiyasının bağlanış mərasimində iştirak ediblər. Azerisport.az xəbər verir ki, mərasimdə iştirak etmiş Bakı-2015 Avropa Oyunları  Əməliyyat Komitəsinin Kommunikasiya şöbəsinin direktoru cənab Uilyam Lui-Meri Milli Olimpiya Komitəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Könül Nurullayeva ilə birgə Avropa oyunlarını təqdim edərək çıxış ediblər.

Keçən həftə Avropa Oyunlarının baş rəhbərliyi qalib gələcək qrupun gələn il Bakıda keçiriləcək Açılış mərasiminə dəvət edilməsi şərti ilə təxminən 50 iştirakçıya Avropa Oyunlarının keçirilməsi strategiyasını inkişaf etdirməkdən ibarət olan orijinal tapşırıq vermişdir.

Beynəlxalq Olimpiya Akademiyasının prezidenti İsidoros Kuvelos Bakı-2015 layihəsinə cəlb edilməyini xüsusilə qeyd edib: “Bakı-2015 Avropa Oyunlarının bu cür nümayəndələrini görmək bizim üçün böyük şərəfdir və biz onlara qarşıya qoyulan çətin və maraqlı tapşırığa qarşı müsbət münasibət bəslədiklərinə görə minnətdarıq.

“Təşviqat kampaniyasının inkişaf etdirilməsi Bakı-2015 Avropa Oyunlarına öz töhfəsini vermək imkanından ilham alan bütün iştirakçıları cəlb etmək üçün gözəl bir fürsət idi.”

Praktik seminar əsnasında komandalar təkliflərini BAOƏK rəhbərlərindən ibarət olan Komissiyaya təqdim edərək irəli sürürdülər. Sonda “Bakıya velosipedlə” adını daşıyan xüsusi kampaniya layiqli qalib kimi seçilmişdir.

2008-ci ildə Pekində keçirilmiş Olimpiya Oyunlarında Ukrayna üçün çoxnövçülükdə qızıl medal qazanmış və qalib gəlmiş komandanın üzvü olan Natalya Dobrınska qeyd edib: “Mənim üçün şərəfdir ki, bizim ‘Bakıya velosipedlə’ layihəmiz digər gözəl təkliflər arasından seçilib və biz Avropa Oyunlarına getməyi səbrsizliklə gözləyirik.”

Qeyd edək ki, onlar bütün Avopa ölkələrindən iştirak edəcək komandaların Azərbaycana cəmiyyətin Avropa Oyunları haqqında olan məlumatının artırılmasından ibarət olan velosiped yürüşlərinin təşkili üzrə plan irəli sürmüşdülər.

Komandanın digər üzvləri İneta Radeviç, latviyalı uzunluğa tullanma üzrə Olimpiya çempionu; İgor Frantsetiç, Xorvatiyanın avarçəkmə komandasının keçmiş üzvü; Süzan van Vart, Niderland Milli Olimpiya Komitəsinin hüquqi məsələlər üzrə müşaviri və Karmen Berxios Repuyo, İspaniya milli üzgüçülük komandası ilə işləmiş fizioterapevt olmuşdur.

Cənab Lui-Meri qeyd edib: “Hazırkı tapşırıq Bakı-2015 Oyunlarının orijinal yanaşmaya meyl göstərməsini və Avropa Oyunlarının keçirilməsinə cəmiyyətin cəlb olunmasını nümayiş etdirir.

“Müsabiqədə qalib gələn proqram 2015-ci ildə keçiriləcək, eyni zamanda Azərbaycan və Avropa cəmiyyəti üçün həqiqətən də yadda qalacaq idman yarışlarının tapşırıqlarının müntəzəm həll edilməsi niyyətini əks etdirən peşəkar bir plandır.”

Beynəlxalq Olimpiya Akademiyası, Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi və Milli Olimpiya Komitəsi tərəfindən təşkil olunmuş sessiya tarixi Olimpiya hərəkatının formalaşdırılmasında təmərküzləşmiş mühazirələr və praktik seminarlardan ibarət idi.

Beynəlxalq Olimpiya Akademiyası 1949-cu ildə təsis olunmuş, lakin 1961-ci ilə qədər rəsmi olaraq təqdim olunmamışdır.  Təşkilatın məqsədi bütün dünya üzrə Olimpiya əhval-ruhiyyəsinin yayılması və Olimpiya hərəkatının prinsiplərinin təcəssüm edilməsidir.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.