6 avqust 2014 18:45

Bakı-2015-in icraçı şəxsləri BOA-nın sessiyasında

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin icraçı şəxsləri bu həftə Yunanıstanın Olimpiya şəhərində keçirilən Beynəlxalq Olimpiya Akademiyasının (BOA) 2014 Avropa Gənclər Sessiyasında iştirak etmək üçün Yunanıstandadırlar. Azerisport.az xəbər verir ki, Beynəlxalq Olimpiya Akademiyası, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi və Azərbaycan Milli Olimpiya Komitəsinin birgə təşkil etdiyi sessiya Olimpiya hərəkatının tarixi və dəyərlərinin stimullaşdırılması üzərində cəmləşən maarifləndirici mühazirələr və seminarlardan ibarətdi.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq komitənin birinci Avropa Oyunlarının həyata keçirilməsi istiqamətində gördüyü işlərin gedişi barəsində son məlumatları arasında Avropa Milli Olimpiya Komitəsinin nümayəndələri olan iştirakçıların diqqətinə çatdıracaq.

Cənab Kleq qeyd edib: “Mən ömrümün otuz ilini Olimpiya hərəkatına həsr etmişəm və birinci Avropa Oyunlarını təşviq etmək üçün burada - Olimpiya Oyunlarının vətənində olmaqdan məmnunluq duyuram.

“İdmanın cəmiyyətdə kökü burada, Olimpiyada tapılıb və mən əminəm ki, Azərbaycan qədim ənənələrə uyğun olaraq, həmçinin paytaxt Bakını əks etdirən müasir, dinamik, innovativ və canlı şəkildə tədbiri həyata keçirəcək.”

Cənab Kleq fürsətdən istifadə edərək gələn il keçiriləcək Oyunları stimullaşdırmaq üçün iştirakçılara komanda kimi marketinq strategiyası təqdim etmələri üçün çağırış etmişdir.

Öz strategiyasını BEGOC komissiyasına təqdim etməmişdən öncə iştirakçı qrupları həftə ərzində fikirləri toplayaraq tövsiyələr hazırlayacaq və həmin komissiya ən innovativ və ruhlandırıcı işi qalib kimi seçəcəkdir.

Beynəlxalq Olimpiya Akademiyası 1949-cu ildə yaradılmış, lakın 1961-ci ilə kimi rəsmi olaraq təqdim olunmamışdır. Akademiyanın əsas məqsədi Olimpiya ruhunun və əsas maarifləndirici və sosial prinsiplərinin bütün dünyada yayılmasıdı.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.