31 iyul 2014 16:55

Bakı-2015 McDonald’sı da özünün Rəsmi Tərəfdaşı elan etdi

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi bu gün McDonald’s şirkətini gələn il keçiriləcək tarixi idman yarışlarının Rəsmi Tərəfdaşı elan etməsi ilə fəxr edir. Azerisport.az xəbər verir ki, bu tərəfdaşlığa McDonald’s şirkətinin restoranları, eləcə də, Bakı şəhərində və Azərbaycanın hər yerində ilk Avropa Oyunları haqqında məlumatların çatdırılmasına yönələn marketinq kampaniyaları daxilində brend tərəfdaşlığı daxildir.

Bundan başqa, McDonald’s şirkəti öz restoranlarında müştərilərə məlumat verməklə Oyunlarla bağlı yarışlar və Bakı 2015 Avropa Oyunları üçün xüsusi olaraq tərtib olunmuş müxtəlif qidalardan ibarət menyu vasitəsilə Azərbaycanın hər yerində Avropa Oyunları ilə bağlı təbliğat işi aparacaq.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə Baş Direktoru cənab Saymon Kleq qeyd edib: “McDonald’s brendi dedikdə bütün dünyada əsas beynəlxalq idman yarışları yada düşür və mən şirkətin birinci Avropa Oyunlarının Rəsmi Tərəfdaşı olması haqqında sazişə imza atdığımızdan məmnunam.

“Sözügedən saziş bütün Azərbaycanda Bakı 2015 Avropa Oyunları haqqında daha çox məlumatın yayılmasına imkan yaradacaq. Mən əminəm ki, bu imkan gələn yay Bakı şəhərində keçiriləcək tarixi və unudulmaz idman yarışlarına daha çox maraq oyadacaq.”

McDonald’s şirkətinin Azərbaycandakı bütün restoranlarında aparılacaq marketinq kampaniyaları hər ay təxminən minlərlə müştərini əhatə edəcək.

McDonald’s şirkətinin Azərbaycandakı filiallarının icraçı direktoru cənab Maqsud Mirzəyev qeyd edib: “Azərbaycan üçün bu dərəcədə əhəmiyyətli olan yarışlara dəstək göstərmək McDonald’s üçün böyük şərəfdir.

“Biz restoranlarımıza gələn müştərilərimiz arasında Avropa Oyunlarını daha da unudulmaz edəcək və məşhurlaşdıracaq yaradıcı marketinq strategiyalarının hazırlanmasına bütün səylərimizi və təcrübəmizi qoymağa çalışacağıq.”

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Kommersiya şöbəsinin direktoru cənab Çarli Vijeratna əlavə etmişdir: “McDonald’s şirkətinin malik olduğu böyük nüfuzu nəzərə alsaq, onun Oyunlara göstərdiyi dəstəyə etibar etmək çox gözəldir. Bu dəstək bizim Bakı 2015 brendimizə olan etibarı daha da artıracaq.”

McDonald’s şirkəti 1976-cı ildən etibarən hər Olimpiya və Qış Olimpiya Oyunlarının Əsas sponsoru olmuş və 2012-ci ildə sponsorluğunu daha səkkiz il müddətinə uzatmışdır. Şirkət, eyni zamanda, FİFA Dünya Kuboku kimi digər əsas beynəlxalq idman yarışlarında da təcrübə və təsdiqlənmiş bacarığa malikdir.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.