25 iyul 2014 22:10

Formula 1 üzrə Avropa Qran Prisi Azərbaycanda!

Azərbaycan 2016-cı ildə Bakı şəhərində yeni Formula 1® Grand Prix tədbirini keçirmək barədə müqaviləni imzalamaqla, dünya idman səhnəsində özünü bir daha tanıtmağa müvəffəq oldu. "AVROPA FORMULA 1 Qrand-prix" kimi tanınan yarış FİA Formula One World Championship™ təqvimində olan digər marşrutlara rəqib ola biləcək Bakı küçələri ilə,  orta əsrlərdən miras qalan İçərişəhərin, müasir göydələnlərin və Xəzər dənizinin möhtəşəm mənzərəsi fonunda baş tutacaq.

Azərbaycanın gənclər və idman naziri cənab Azad Rəhimov qeyd edir: "2016-ci ildə Formula 1 yarışını Bakıya gətirmək üçün müqavilənin imzalanması haqqında rəsmi məlumatı sizinlə bölüşməyimdən çox şadam. Bizim ölkə Şərqi Avropa və Qərbi Asiyanın qovşağında yerləşir ki, bu da Formula 1 yarışları üçün yeni sərhəd deməkdir."

"Azərbaycan idman mükəmməliyi mərkəzi kimi şöhrət qazanmış müasir Avropa ölkəsidir. Formula 1 yarışının Bakıda keçirilməsi üçün əldə olunan razılıq ölkəmizə dünyanın ən böyük idman tədbirlərini cəlb etmək sayəsində davam edən uğurlar sırasında çox əhəmiyyətli yeni bir addımdır", - deyə, o, əlavə edib.

Marşrutun hansı küçələrdən keçməsi üzrə dəqiq dizayn və xəritələrin  hələ hazır olmadığına  baxmayaraq, nazir Rəhimov start meydançası, əsas tribuna və pit-stop nöqtəsi kimi ehtimala görə Bakının Azadlıq Meydanının seçiləcəyini, yarışın özünün isə Neftçilər prospekti, Hökumət evi və Qız qalası kimi əsas mənzərəli küçələrdən keçəcəyini qeyd etmişdir.

"Bakıda"AVROPA FORMULA 1 GRAND PRIX" yarışının keçirilməsi Formula 1 təqviminə möhtəşəm bir əlavə olacaq.  Planlaşdırdığımız dizayn FIA Formula One World Championship təqvimində olan aparıcı küçə sxemlərinə bənzər olacaq," - nazir Rəhimov bildirib.

Azərbaycanın Formula 1® üçün ən möhtəşəm sxem yaratmaq istəyi Formula One şirkətlər qrupunun baş icraçı direktoru Berni Eklestoun tərəfindən də müsbət qarşılanıb.

"Biz Bakının Formula 1 ailəsinə qoşulmasından məmnunuq. Yarış Bakının maraqlı və mənzərəli hissələrindən keçəcək küçə yarışı olacaq.  Tədbir Formula 1 yarışının mövcud meyarlarına uyğun olacaq."

2012-ci il Avroviziya mahnı müsabiqəsinə ev sahibliyi üçün inşa edilən Kristal Zalı və Dövlət Bayrağı Meydanını əhatə etməklə,  Bakının mənzərəli küçələri ilə qurulan yarış marşrutu üzrə son iki ildə keçirilən tədbirlər nəticəsində Bakı beynəlxalq avtomobil yarışları üzrə üstün təcrübəni artıq toplamışdır.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.