23 iyul 2014 14:09

Bakı-2015-in ilk məzunları

Bakı 2015 Avropa Oyunları Akademiyası özünün innovativ Məzun Təlim Proqramının ilk iştirakçılarını bu həftə Bakı şəhərində salamlamışdır. Azerisport.az xəbər verir ki, 38 nəfər Azərbaycandan və yeddi nəfər Xorvatiya, Yunanıstan, Litva, Portuqaliya, Slovakiya, Sloveniya və Türkiyə kimi Avropa ölkələrindən olmaqla ümumilikdə 45 nəfər məzun proqramın ilkin qəbul mərhələsinə qoşulmuşdur. Avqust və sentyabr ayları ərzində 150-dən çox məzun proqrama qoşulacaq.

Oyunlar Akademiyası Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) və Azərbaycan Gənclər Fondunun təşəbbüsü ilə yaradılmışdır. Akademiyanın yaradılmasında məqsəd azərbaycanlılardan ibarət komanda üzvlərinin bacarıqlarını və Oyunlarla bağlı biliklərini artırmaq, eləcə də, Məzun Təlim Proqramı vasitəsilə universitet məzunlarının inkişafına dəstək göstərməkdir.

Məzun proqramı üç həftəlik intensiv təlimin keçirilməsi ilə başlayacaq və ondan sonra proqram iştirakçıları BEGOC-da daxili vəzifələrinin başına keçəcək və bir ilə qədər müddətdə ilk Avropa Oyunlarının aspektlərinin planlaşdırılmasına və icrasına görə məsuliyyət daşıyacaqlar.

Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyat İmkanları və Hazırlıq şöbəsinin direktoru və Oyunlar Akademiyasına görə məsuliyyət daşıyan cənab Qeyvn MakAlpayn demişdir: “Təlim keçməyimiz üçün mən Bakı 2015 Məzun Təlim Proqramının ilk iştirakçılarını BEGOC-da salamlamaqdan məmnunam.

“Proqrama çoxsayda yüksək potensiallı gənclər cəlb olunub və mən əminəm ki, ilk Avropa Oyunları üçün planlarımızın inkişaf etdirilməsində onlar təşkilata yeni enerji və düşüncə tərzi gətirəcəklər.”

Sözügedən proqram bir sıra tərəfdaşlar, o cümlədən Müstəsna Rəsmi Tərəfdaş olan BP tərəfindən dəstəklənir. Proqram, eyni zamanda, ali təhsil ocaqlarının, o cümlədən, İsveçrənin Lozanna şəhərində yerləşən İdman, Elm və Texnologiya üzrə Beynəlxalq Akademiyanın (AISTS), Bakı şəhərində yerləşən Azərbaycan Diplomatik Akademiyasının (ADA), Yunanıstanın paytaxtı Afina şəhərində yerləşən Beynəlxalq Olimpiya Akademiyasının (IOA), eləcə də, Amerikanın Broadstone konsaltinq şirkətinin dəstəyini özünə cəlb edir.

Məzun Təlim Proqramının Azərbaycandan olan iştirakçısı Nərmin xanım Mansurova demişdir: “Məzun Təlim Proqramı Azərbaycandan olan məzunlara beynəlxalq mühitdə iş təcrübəsi qazanmaq kimi unikal imkan təklif edir.

“Əminəm ki, mənim və digər Azərbaycanlı məzunların inkişaf etdirdikləri bilik və bacarıqlar ölkəmizə gələcəkdə keçiriləcək əsas beynəlxalq idman yarışlarına ev sahibliyi etməkdə kömək edəcəkdir.”

Türkiyəli iştirakçı cənab Akif Yazıcı demişdir: “Bakı 2015 Məzun Təlim Proqramına qəbul olunmam və bu həftə təlimə başlayacağım ilə qürur duyuram.

“Bu, Avropadan gələn məzunlar üçün idman dünyası ilə bağlı çox gözəl imkandır və mən artıq çox müstəsna və unikal idman yarışlarına cəlb olunmağa hazırlaşdığımı hiss edirəm.”

Xorvatiyalı iştirakçı cənab Besim Aliti demişdir: “İlk dəfədir ki, xarici ölkədə işləyirəm və bu cür çoxmədəniyyətli təşkilata cəlb olunmaq mənim üçün çox maraqlıdır.

“Məzun yoldaşlarım və Bakı 2015-də çalışan təcrübəli komanda ilə birgə işləyərək unudulmaz və tarixi Avropa Oyunlarının həyata keçirilməsinə kömək edəcəyimi səbirsizliklə gözləyirəm.”

2011 və 2014-cü illərdə məzun olmuş istedadlı və motivasiyalı şəxslər üçün Məzun Təlim Proqramında hələ də məhdud sayda yerlər mövcuddur. Həmin yerlər üçün müraciət prosesi avqustun 1-i, cümə gününə kimi açıq olacaqdır. Müraciətlər buradan edilə bilər: www.facebook.com/baku2015gamesacademy

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.