17 iyul 2014 18:40

Bakı-2015 aparıcı elm təhsil ocaqları ilə tərəfdaşlıq elan edir

Bu ilin aprel ayından start götürmüş Bakı 2015 Oyunları Akademiyası bu gün bir sıra aparıcı ali təhsil ocaqları ilə əməkdaşlığını elan etməkdən fəxr hissi duyur. Azerisport.az xəbər verir ki, Oyunlar Akademiyası Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) və Azərbaycan Gənclər Fondunun təşəbbüsü ilə yaradılmışdır. Akademiyanın yaradılmasında məqsəd azərbaycanlılardan ibarət komanda üzvlərinin bacarıqlarını və Oyunlarla bağlı biliklərini artırmaq, eləcə də, Məzun Təlim Proqramı vasitəsilə universitet məzunlarıının inkişafına dəstək göstərməkdir.

İndi ali təhsil ocaqlarının, o cümlədən, İsveçrənin Lozanna şəhərində yerləşən İdman, Elm və Texnologiya üzrə Beynəlxalq Akademiyanın (AISTS), Bakıda şəhərində yerləşən Azərbaycan Diplomatik Akademiyasının (ADA), Yunanıstanın paytaxtı Afina şəhərində yerləşən Beynəlxalq Olimpiya Akademiyasının (BOA), eləcə də, Amerikanın Broadstone konsaltinq şirkətinin dəstəyini cəlb etmək mümkün olacaqdır.

Transmilli neft və qaz şirkəti olan BP ilk Avropa Oyunları ilə bağlı öhdəliyinin bir hissəsi kimi Oyunlar Akademiyasının Müstəsna Rəsmi Tərəfdaşıdır.

Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyat İmkanları və Hazırlıq şöbəsinin direktoru və Oyunlar Akademiyasının məsul şəxsi cənab Qeyvn MakAlpayn demişdir: “Mən Oyunlar Akademiyamızın icra tərəfdaşlarını elan etməkdən məmnunam və Bakı 2015 komandamızın bilik və bacarıqlarının artırılmasına kömək etmək məqsədilə onlarla birgə çalışmağı səbirsizliklə gözləyirəm.

“Oyunlar Akademiyası şəxsi inkişaf baxımından nadir imkandır və nüfuzlu şirkətlərin dəstəyi bunu bir daha təsdiqləyir.

“Sözügedən proqram Azərbaycandakı və Avropadakı gənclər üçün çox faydalı olacaq və ilk Avropa Oyunlarından sonra çox vacib imkanlar üçün irs qoyacaqdır.”

ADA Bakı 2015 Avropa Oyunları ilə birgə işləyərək işçilərin iş yerində səmərəliliyinin artırılmasına yönələn və əsas bacarıqların öyrədilməsi ilə bağlı üç kurs hazırlayıb həyata keçirəcəkdir.

Xarici İşlər Nazirinin müavini və ADA-nın rektoru Hafiz Paşayev demişdir: “Biz ilk Avropa Oyunlarında rol oynamağımızdan və Bakı 2015 Avropa Oyunlarının rəhbər işçiləri üçün keçirilən təlimdə öz təcrübəmizi bölüşməyimizdən məmnunuq.

“Əsas bacarıqların öyrədilməsi ilə bağlı keçəcəyimiz görüşlər bütün işçilərin planlaşdırma və təşkil etmə, iclasları yönəltmə və səmərəli təqdimatların keçirilməsi ehtiyaclarının qarşılanması baxımından uyğunlaşdırılacaqdır. İnanıram ki, Bakı 2015 İlk Avropa Oyunları, bizim digər beynəlxalq tərəfdaşlarımız kimi, ADA Universiteti ilə birgə əməkdaşlıqdan məmnun qalacaqlar".

Bakı 2015 Avropa Oyunlarının Məzun Təlim Proqramının iştirakçılarını maarifləndirmək və onların idman dünyası haqqında anlayışlarını artırmaq məqsədilə BOA özünün Olimpiya sahəsindəki elmi təcrübəsindən istifadə edəcəkdir.

Proqrama bir il müddətində keçiriləcək və Oyunların aspektlərinin planlaşdırılmasına və həyata keçirilməsinə qarşı real məsuliyyətli iştirakçılardan ibarət üç həftəlik intensiv təlim daxil olacaqdır.

2012 və 2014-cü illərdə məzun olmuş istedadlı və motivasiyalı şəxslər üçün Məzun Təlim Proqramında hələ də yerlər mövcuddur. Həmin yerlər üçün müraciət prosesi avqustun 1-i, cümə gününə kimi açıq olacaqdır. Müraciətlər buradan edilə bilər: www.facebook.com/baku2015gamesacademy

Azərbaycanda 3325-dən artıq işçisi olan BP şirkəti ölkədə gələcək karyera inkişafı üçün imkanları müəyyən edəcək və hazırlayacaqdır.

BP-nin sözçüsü demişdir: “Oyunlar Akademiyası beynəlxalq iş mühitində işləmək kimi əhəmiyyətli təcrübə qazanmaq baxımından yüksək potensiallı Azərbaycanın gənc vətəndaşları üçün nadir imkandır.

“BP Azərbaycanın gələcək işçi qüvvəsinin bacarıqlarını inkişaf etdirəcək və ölkənin əsas beynəlxalq idman yarışlarını və digər böyük, kompleks layihələri həyata keçirmək bacarığını genişləndirəcək bir proqramı dəstəkləməkdən məmnunluq hissi duyur.”

AISTS-in Fərdi Öyrənmə Yoluna uyğun olaraq keçirilən aylıq təqdimatlar Bakı 2015 Avropa Oyunlarının işçilərinə bugünün idman mənzərəsini formalaşdıran son problemləri və hadisələri kompleks şəkildə başa düşməkdə kömək edəcəkdir. (Bakı-2015 mətbuat xidməti)

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.