16 iyul 2014 16:34

Avropa Oyunları Əməliyyat Komitəsi Protokol şöbəsinə direktor təyin etdi

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC), Paul J Foster-in Protokol şöbəsinin direktoru vəzifəsinə təyin edilməsini elan etməkdən məmnunluq hissi duyur. Azerisport.az xəbər verir ki, əslən Avstraliyadan olan və PJF Group konsaltinq şirkətinin təsisçisi və rəhbəri cənab Foster 2014-cü ilin avqust ayında yarımştat əsasda, noyabr ayından isə Bakıda qalaraq tam ştat əsasında BEGOC-a qoşulacaqdır.

O, Avropa Olimpiya Komitələrinin aparıcı rol oynayan bütün maraqlı tərəflərə yüksək səviyyəli xidmətlər göstərməklə Avropa Ailəsi Əməliyyatları komandasına rəhbərlik edəcəkdir.

Cənab Foster Olimpiya hərəkatı sahəsində geniş biliyə malikdir. O, əvvəllər Beynəlxalq Olimpiya Komitələrində Protokol, Tədbirlər və Qonaqlar ilə maraqlanma şöbəsinin rəhbəri vəzifəsini icra etməklə yanaşı, üç Olimpiya Oyunlarında (2004-cü il Afina Yay Olimpiya Oyunları, 2008-ci il Pekin Yay Olimpiya Oyunları və 2012-ci il London Yay Olimpiya Oyunları) və Qış Olimpiya Oyunlarında (2010-cu il Vancouver Qış Olimpiya Oyunları), eyni zamanda, 2014-cü il Soçi Qış Olimpiya Oyunları və 2016-cı il Rio Yay Olimpiya Oyunları üçün hazırlıq işlərində çalışmışdır.

Cənab Fosteri BEGOC-da qarşılayan Komitənin Əməliyyatlar üzrə Baş Direktoru Saymon Kleq (Simon Clegg) demişdir: “Paul, Oyunlar sahəsində geniş, dərin və mükəmməl təcrübəyə malikdir ki, bu təcrübə əsas maraqlı tərəflərə əla, keyfiyyətli xidmətlər göstərməyimizi təmin etməyimiz üçün onu ən uyğun mövqedə yerləşdirir.

“Onun beynəlxalq aləmdəki nüfuzu və idmana olan həvəsi, mövcud BEGOC komandasının sayını xeyli genişləndirəcək, Azərbaycanın və Avropanın fəxr edəcəyi yarışların həyata keçirilməsinə kömək edəcəkdir.”

Eyni zamanda Beynəlxalq Olimpiya Komitəsi üçün çalışmaqla yanaşı, cənab Foster 2000-ci il Sidney Yay Olimpiya Oyunlarının, 2002-ci il Solt Leyk Siti (Salt Lake City) Qış Olimpiya Oyunlarının və 2006-cı il Turin Qış Olimpiya Oyunlarının Təşkilat Komitələrində də iş təcrübəsinə malikdir.

Cənab Foster demişdir: “Mən Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinə qoşulmaqdan məmnunluq hissi keçirirəm və ilk Avropa Oyunlarının bir parçası olmaq imkanını əldə etmək mənim üçün çox həyəcanvericidir.

“Bu cür istedadlı komandaya qoşulmaq mənim üçün şərəfdir və gələcəkdə keçiriləcək bütün Avropa Oyunları üçün etalona yaxud standarta çevriləcək bir təcrübəni paylaşmaq üçün bütün yerli və xarici maraqlı tərəflər ilə işləməyi səbirsizliklə gözləyirəm.”

Peşəkar karyerası ilə yanaşı cənab Foster, Roma və Nyu-York universitetlərində Beynəlxalq Əlaqələr sahəsində professorun köməkçisi vəzifəsində çalışmaqla elmi dairələrə də öz töhfəsini verir. (Bakı-2015)

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.