2 iyul 2014 14:52

Bakı-2015 üçün daha bir rəsmi tərəfdaş

Bakı 2015 Avropa Oyunları Azərbaycanın ən sürətlə inkişaf edən mobil operatoru Nar Mobile ilə yarışların rəsmi mobil telekommunikasiyalar xidməti təminatçısı olması haqqında müqavilə imzalayıb. Azerisport.az xəbər verir ki, müqaviləyə əsasən Nar Mobile şirkətinin ilk Avropa Oyunlarını Azərbaycanın bütün ərazisində geniş şəkildə reklam edən ilk milli tərəfdaş olması nəzərdə tutulur.

Nar Mobile şirkəti çoxplatformalı reklam kampaniyaları vasitəsilə Oyunlar ilə bağlı məlumatlılığı artıracaq. Həmin reklam kampaniyalarına mobil operatorun öz müştəriləri üçün idman yarışlarına bilet qazanmaq imkanları da daxil olacaqdır. 

Azərbaycan Respublikasının İdman və Gənclər naziri, Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin Baş İcraçı Direktoru cənab Azad Rəhimov demişdir: “Bu, ilk Avropa Oyunlarının keçirilməsinə dəstək məqsədilə Nar Mobile şirkətinin telekommunikasiyalar sahəsində malik olduğu geniş təcrübəni tətbiq etməsini nəzərdə tutan əhəmiyyətli müqavilədir.

“Azərbaycan şirkətlərinin həm Bakı şəhərinə, həm də bütünlükdə Azərbaycana uzunmüddətli fayda bəxş edəcək innovativ və inkluziv yarışların hazırlanmasına cəlb edilməsi önəmli hal hesab olunur.” 

Yaradıldığı tarixdən bu günə kimi Nar Mobile şirkəti iri miqyaslı sosial təşəbbüslər göstərmiş və milli incəsənət, mədəniyyət və idman sahələrini təbliğ etməklə bir çox layihələrin həyata keçirilməsinə dəstək göstərmişdir. Bundan əlavə, mobil operator tariflərə qoyduğu müstəsna qiymətlərlə və müştərilərə yüksək səviyyəli xidmətlər göstərməklə onların ehtiyaclarını qarşılamaqda davam edir.

Nar Mobile şirkəti, eyni zamanda, müştərilərinin özlərini Avropa Oyunlarında istirakçi kimi hiss etmələri üçün onları oyunlara cəlb etmək ve qarşılıqlı əlaqə yaratmağa kömək etmək məqsədilə öz innovativ şəbəkələrindən istifadə edəcəkdir.

Nar Mobile şirkətinin Baş İcraçı Direktoru cənab Kent Maknili demişdir: “Avropa Oyunları Azərbaycanda yaşayan hər kəsin zövq alacağı və bir hissəsi olmaq istəyəcəyi heyrətamiz idman yarışları olacaq.

“Biz müştərilərimizin öz irsləri və milli idmançıları ilə fəxr etdiklərini bilirik və Azərbaycan tarixinə önəmli anlar kimi daxil olacaq Oyunlar ilə bağlı bu cür əhəmiyyətli rolu oynamaq bizim üçün şərəfdir.

“Avropa Oyunlarının həm idman, həm də texnoloji baxımdan innovativ idman yarışları olmasını təmin etmək üçün biz texniki imkanlara və texnoloji yeniliklərə malikik.”

Bakı Avropa Oyunlarının baş əməliyyat direktoru Saymon Kleqq demişdir: “Bakı 2015 Avropa Oyunları ilə əlaqənin saxlanmasına kömək nöqteyi-nəzərindən Nar Mobile şirkəti ilə müqavilənin bağlanması gözəl haldır.

“Oyunlar baxımından və bizim işimizə dəstək göstərməsi üçün Nar Mobile şirkətinin texniki imkanlara və bilik və təcrübəyə malik olması baxımından böyük əhəmiyyət kəsb edən telekommunikasiyalar geniş əməliyyatlar hesab olunur".

(Bakı-2015 mətbuat xidməti)

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.