30 iyun 2014 18:09

Üzgüçülük üzrə Olimpiya çempionu Bakı-2015-in baş ofisində

Dördqat Olimpiya çempionu Vladimir Salnikov bazar ertəsi Bakı 2015 Avropa Oyunlarının baş ofisinə baş çəkmiş və direktorlar ilə görüşmüşdür. Azerisport.az xəbər verir ki, ona ilk Avropa Oyunları ilə əlaqədar gedən hazırlıq işlərində əldə olunan irəliləyişlər barədə yeni məlumatlar təqdim olunmuşdur.

Rusiya Üzgüçülük Federasiyasının sədri, Rusiya Olimpiya Komitəsinin və FİNA Büronun İcraiyyə Komitəsinin üzvü, eyni zamanda, dördqat Dünya çempionu cənab Salnikov Milli Gimnastika Arenasını, Bakı Kristal Zalı (Crystal Hall) və hazırda inşa olunan Bakı Akvatika Mərkəzini ziyarət etmişdir.

O, həmçinin, gələn ilin yayında keçiriləcək yarışlar müddətində 9000-dən çox idmançı və rəsmilərə ev sahibliyi edəcək yeni tikilmiş Bakı 2015 Atletlər Kəndinə də baş çəkmişdir.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Atlet Xidmətləri və Əməliyyatlar şöbəsinin direktoru cənab Ceyms Makleod demişdir: “Mən dünyanın ən güclü üzgüçülərindən birini Bakı 2015 Avropa Oyunlarının baş ofisində salamlamaqdan və ona möhtəşəm idman obyektlərimizdən bəzilərini göstərməkdən məmnunam.

“Vladimir çoxsaylı idman növləri üzrə əsas yarışların həyata keçirilməsinə nə qədər ağır işlərin daxil olduğunu və komitədə çalışan hər bir kəsin öz diqqətini yarışlara cəlb olunan hər kəs üçün unudulmaz Oyunların hazırlanmasına yönəltdiyini bilir.” 

Cənab Salnikov demişdir: “Bakı 2015 Avropa Oyunlarının keçiriləcəyi obyektlərə baş çəkmək və ilk Avropa Oyunlarını həyata keçirmək istiqamətində əldə olunmaqda olan təsiredici irəliləyişlərin şahidi olmaq çox xoş idi.

“Öz ölkəsində keçirilən Oyunlarda yarışmaq hər bir idmançı üçün böyük ruh yüksəkliyidir və mən əminəm ki, hər bir azərbaycanlı rəqib bu idman obyektlərində yarışmaqdan zövq alacaq və uğura nail olmağa ilhamlı olacaq.”

Cənab Salnikov 1980-ci ildə Moskva şəhərində keçirilmiş Yay Olimpiya Oyunlarında 400 metr, 1500 metr və 4x200 metr məsafədə sərbəst üsul üzrə üzmədə qızıl medallar qazanmışdır. 1500 metr məsafəyə sərbəst üsulla üzərək o, bu məsafəyə 15 dəqiqədən az müddətdə üzən ilk idmançı olmuş və bununla yeni Dünya və Olimpiya rekorlarını qırmışdır. O, həmçinin, 1988-ci il Seul Yay Olimpiya Oyunlarında 1500 metr məsafədə sərbəst üsul ilə üzmə yarışında qızıl medala sahib olmuşdur.  (Bakı-2015)

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.