24 iyun 2014 15:49

Maykl Conson Bakı-2015-in əsas ofisinə baş çəkdi

Dörd dəfə Olimpiya çempionu Maykl Conson iyun ayının 23-də Bakı Bulvarında Olimpiya Günü tədbirlərində iştirak etmək, gənc və qələbəyə iddialı azərbaycanlı idmançılarla görüşmək üçün bu həftə Bakıda olmuşdur. Azerisport.az xəbər verir ki, Bakı 2015-nin rəsmi tərəfdaşlarından biri olan BP şirkətinin səfiri, Cənab Conson Bakı2015 Avropa Oyunları Əməliyyat Komitəsinin  (BEGOC) əsas ofisində olmuş  və BEGOC-un işçi heyəti  və eləcə də, iki Olimpiyaçı ilə görüşmüşdür.

O, həmçinin, hazırda tikilməkdə olan Milli Stadiona baxmazdan öncə gələn ilin yayında keçiriləcək Avropa Oyunları zamanı 9000-dən çox idmançı və rəsmi şəxsləri özündə yerləşdirə biləcək yenicə inşa edilmiş Bakı2015 Atletlər Kəndinə də getmişdir.

Bakı2015-in Əməliyyatlar üzrə Baş Direktoru cənab Saymon Kleq dedi: “Bakı2015-in baş ofisində dünyanın ən böyük Olimpiyaçılarını salamlamaq və onları ilk Avropa Oyunlarına hazırlıq işlərimizin  gedişatı ilə tanış etmək bizim üçün şərəfdir.

“Maykl dünya Oyunları barədə misilsiz biliyə malikdir, odur ki, burada, BEGOC-da bizim heyətimizlə öz təcrübəsi ilə bölüşmək və Azərbaycanın qələbəyə iddialı gələcək idmançılarına öz məsləhətlərini vermək üçün bu əla imkan idi.”

Cənab Conson dedi ki, “Bu həftə ərzində Bakıda olmaqdan, və Azərbaycanda idman üçün artan həvəsinə şahid olmaqdan zövq aldım.

“Oyunları qəbul etmək ilhamlandırır, mən bunu çox yaxşı başa düşürəm. Birinci Avropa Oyunları Azərbaycanlı idmançılara uğur əldə etməyə və tarixi yazmağa fantastic bir imkandır.”

Cənab Conson yüngül atletika tarixində ən böyük və ən sabit sprinterlərdən sayılır və hazırda 400metr məsafəyə qaçış üzrə Olimpiya və Dünya rekordlarının sahibidir. O, eyni zamanda, 1996-cı ildən 2008-ci ilədək 12 il ərzində 200 metr məsafə üzrə Olimpiya və Dünya rekordlarını qazanmışdır.

İyunun 23-də bütün dünya üzrə Olimpiya Günü qeyd edilir və bu gün müasir Olimpiya Oyunlarının yarandığı 1894-cü il tarixi ilə bağlıdır. Yüz minlərlə insan - həm gənc və həm də yaşlı - ənənəvi olaraq qaçış, sərgilər, musiqi və təhsillə bağlı tədbirlər kimi idman fəaliyyətlərində iştirak edirlər. Bu tədbir  Olimpiya ideallarının dünyanın hər bir yerində təbliğ olunmasına kömək etmişdir.

(Bakı-2015 mətbuat xidməti)

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.