18 iyun 2014 13:51

Bakı-2015-in Əməliyyat Komitəsi Nümayəndə Heyətlərinin Rəhbərləri üçün seminar keçirir

Avropanın hər yerindən Nümayəndə Heyətlərinin Rəhbərləri gələn ilin ilk Avropa Oyunlarından öncə əhəmiyyətli bir seminarda iştirak etmək üçün keçən həftə Bakı şəhərində olmuşlar. Azerisport.az xəbər verir ki, Avropa Milli Olimpiya Komitələrinin (MOK-lar) rəsmilərinə Oyunlara hazırlıq və işlərin gedişi barədə məlumat verilmiş və onlar obyektlərə təşkil olunmuş səfərlərdə iştirak etmiş və birinci Avropa Oyunlarına Bir İlin Qalması hadisəsini qeyd etmək üçün iyun ayının 11-də axşam keçirilmiş konsert və atəşfəşanlıqdan  zövq almışlar.

İyun ayının 12-də möhtəşəm Buta Sarayında təntənəli ziyafətlə Nümayəndə Heyətlərinin Rəhbərləri üçün gərgin və səmərəli həftənin kulminasiya nöqtəsi qeyd olunmuş və onlar həmin ziyafət zamanı Azərbaycan Respublikasının Gənclər və İdman naziri, Bakı2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru cənab Azad Rəhimov və Avropa Olimpiya Komitələrinin (AOK) prezidenti cənab Patrik Hikinin Oyunlara rəsmi dəvətlərini qəbul etmişlər. 

Azərbaycan Respublikasının Gənclər və İdman naziri və Bakı2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru cənab Azad Rəhimov demişdir: “Keçən həftə Avropanın hər tərəfindən Nümayəndə Heyətlərinin Rəhbərlərini Bakı şəhərində qürur hissi ilə qarşılamış və salamlamışıq.

“Biz bu tarixi Oyunlara ev sahibliyi etməyə hazırlaşdığımıza görə Seminar bizə bir təşkilat kimi son aylarda nail olduğumuz əla irəliləyişi MOK-lara nümayiş etdirmək imkanı yaratmışdır. Komandalar və atletlər ilə bağlı əzmimiz sabit və sarsılmazdır və bunu Nümayəndə Heyətlərinin Rəhbərlərinə nümayiş etdirmək üçün əhəmiyyətli imkan yaranmışdır.” 

Nümayəndə Heyətlərinin Rəhbərləri Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) tərəfindən atletlər üçün hazırlanan xidmətlərin səviyyəsini müzakirə etmək imkanına malik olmuş və onlar ilk dəfə Atletlər Kəndi tam istismar rejimində çalışarkən və Avropa Bədii Gimnastika Çempionatının yarış iştirakçılarına ev sahibliyi edərkən oraya baş çəkmişlər.

Cənab Patrik Hiki demişdir: “Birinci Avropa Oyunlarının Nümayəndə Heyətlərinin Rəhbərləri üçün seminar çox uğurlu olmuşdur. Ötən həftə keçirilmiş görüşlər zamanı bizim 2015-ci il üçün ən güclü mümkün Avropa Oyunları məhsulu yaratmaq və gələcək nəşrlər üçün ən yüksək standart müəyyənləşdirməkdən ötrü  ehtiyac duyduğumuz məsələlərin çoxu AOK və BEGOC-un diqqətinə çatdırılmışdır.

“İndi onlar gözəl Bakı şəhərində müəyyən qədər vaxt keçirdiklərinə görə Avropa MOK-ları arasında real bir inam var ki, Bakı 2015 MOK-lar və onların komandaları üçün proqressiv, texniki baxımdan əla və hər şeydən öncə misilsiz bir təcrübə olacaq.” 

Bakı 2015 MOK Xidmətlər Komandası ilə Nümayəndə Heyətlərinin Rəhbərləri üçün ayrı-ayrı görüşlər də keçirilmiş və onların istənilən xüsusi suallarının nəzərə alınması və cavablandırılması təmin olunmuşdur.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Atlet Xidmətləri və Əməliyyatlar şöbəsinin direktoru cənab Ceyms Makleod demişdir: “Nümayəndə Heyətlərinin Rəhbərləri üçün seminar bizə Avropa MOK-ları ilə əlaqə saxlamaq və Oyunlar üçün hazırladığımız xidmət səviyyələrini onlara izah etməkdən ötrü gözəl imkan yaratmışdır.

“Oyunlar üzrə bu mütəxəssislərdən aldığımız rəylər bizi çox məmnun etmişdir və əminik ki, atletlərin yüksək dərəcədə uğurlu yarışının həyata keçirilməsi üçün dəqiq və düzgün planlarımız yerindədir". (Bakı-2015)

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.