13 iyun 2014 16:40

Avropanın Milli Olimpiya Komitələrinə Bakı-2015 dəvəti

Bakı 2015 təşkilatçıları İlk Avropa Oyunlarına qalan bir ilin qeyd edilməsi məqsədilə ziyafət təşkil etmişlər. Azerisport.az xəbər verir ki, ötən axşam Bakı-2015 Avropa Oyunlarının Təşkilat Komitəsi (AOTK) İlk Avropa Oyunlarına qalan bir ili qeyd etmək üçün Bakının möhtəşəm Buta Sarayında ziyafət mərasimində qonağları salamladı və Azərbaycan bu tədbirdə idmanın öz milli inkişaf strategiyasının mərkəzində olduğuna sadiqliyini bir daha nümayiş etdirdi.

Axşam tədbirin mühüm hissəsi İlk Avropa Oyunlarına dəvətlərin təhvil verilməsi mərasimindən ibarət idi. Bakıya gəlmiş bütün Avropa MOK-ları Avropa Olimpiya Komitəsinin (AOK) Prezidenti Patrik Hikkidən Bakı-2015 Avropa Oyunlarına öz komandalarını gətirmək üçün rəsmi dəvətnamələr aldılar.

Saat 20:15 yayılan dəvətnamələr qədim Azərbaycan xalçasını xatırladan ümumi pannodan hazırlanmışdı və daxilinə Patrik Hikkinin əlyazması ilə qeydi və video faylı qoyulmuşdu ki, orada Bakı-2015 tədbirini yaddançıxmaz təcrübəyə çevirəcək zəngin mədəni irs və innovasiyalar bir araya gətirilmişdir.

Açılış Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən olundu. Qonaqlar Avropanın Milli Olimpiya Komitələrinin (MOK-ların) missiya rəhbərləri və nümayəndələrindən, Avropa ölkələrinin diplomatlarından, Avropa Oyunlarının Təşkilat Komitəsinin rəhbərlərindən, Bakı-2015 Avropa Oyunlarının sponsorlarından, maraqlı dairələrdən, səfirlərdən, Azərbaycanın milli idman federasiyalarının yüksək rütbəli nümayəndələrindən və beynəlxalq media nümayəndələrindən ibarət idi.

Toplaşmış qonaqlar qarşısında çıxış edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirdi: “Biz Oyunları qəbul etməkdən və Avropa Olimpiya Komitələrinin arzusunu reallığa çevirmək işinin bizə həvalə edilməsindən çox fərəhlənirik. İlk Avropa Oyunları atletlərə nəinki öz adlarını tarix kitablarına yazmaq imkanını verir, o cümlədən bizim ölkəmizə gələcək Avropa Oyunları standartlarını müəyyən edəcək unikal tədbiri keçirmək şansını təmin edir.

“Bizi gənc ölkə hesab edə bilərlər, lakin biz əhatəli və müasir Avropada irəliləyişə töhfə vermək arzusundayıq. Biz istərdik ki, bu tədbir Azərbaycanda idman, sosial və iqtisadi tərəqqidə mühüm rol oynasın.”

AOK Prezidenti Patrik Hikki isə, öz çıxışında dedi: “Bakı və Azərbaycan, xüsusən İlk Avropa Oyunlarını qəbul etmək üçün AOK tərəfindən seçildikdən sonra dünya idmanının diqqətini özünə cəlb edib.  Azərbaycan gələn yay möhtəşəm idman tədbirinin keçirilməsində tam sadiqliyini davamlı şəkildə nümayiş etdirib və bu, Avropa Oyunları məfhumunu yalnız gücləndirə bilər.

Böyük planlara malik gənc dövlətin özünün uzunmüddətli inkişafının mərkəzində idmanın bu cür qətiyyətlə əks etdirməsini görmək olduqca təqdirəlayiqdir və çox müsbət haldır ki, AOK həmin strategiyada rol oynayır. Bakı-2015 Avropa Oyunları Azərbaycanın və Avropa idmanının gələcəyi üçün çox vədedicidir. Şübhə etmirəm ki, bu, olduqca uğurlu tədbir olacaq”. (Bakı-2015, mətbuat xidməti)

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.