12 iyun 2014 16:50

BP Bakı-2015-in rəsmi tərəfdaşı oldu

Bu gün Bakı 2015 Avropa Oyunları BP şirkətini növbəti yay keçiriləcək möhtəşəm və tarixi idman tədbirinin rəsmi tərəfdaşı elan etməkdən qürur duyur. Azerisport.az xəbər verir ki, BP şirkəti ilk dəfə keçiriləcək Avropa Oyunlarının neft və qaz tərəfdaşı olacaq və bununla bağlı əldə olunan razılaşmaya əsasən şirkət Azərbaycanda yüksək səviyyəli idmançıların yetişdirilməsinə yardım edəcək.

Bakı 2015 Avropa Oyunlarını bütün Azərbaycanda təbliğ etməklə yanaşı, BP şirkəti Avropa Oyunlarından əvvəl bu tədbirə ev sahibliyi edəcək ölkənin medala iddialı olan idmançılarının yetişdirilməsini maliyyələşdirməyə yardım edəcək.

Azərbaycan Respublikasının Gənclər və İdman naziri və Bakı Avropa Oyunlarının Əməliyyat Komitəsinin (BEGOC) baş icraçı direktoru cənab Azad Rəhimov dedi: “BP şirkəti uzun illərdir Azərbaycanda fəaliyyət göstərir və ölkəni dərindən tanıyır.

“BP bütün dünyada böyük beynəlxalq idman tədbirlərinin dəstəklənməsində təcrübəyə malikdir və biz onu Avropa Oyunlarının rəsmi tərəfdaşı kimi qəbul etməkdən məmnunluq duyuruq.

“Mən əminəm ki, onun dəstəyi bu Oyunların Azərbaycan və Avropa boyunca dəstəklənməsinə yardım edəcək və eləcə də idmançılarımızın ən yüksək nəticələr qazanmaq üçün daha da inkişaf etdirilməsinə köməklik edəcək.”

BP şirkətinin Azərbaycanda 3250 nəfərdən artıq əməkdaşı işləyir və o, ölkədə peşəkar istedadların aşkar edilməsinə və yetişdirilməsinə köməklik etməyi nəzərdə tutan Bakı Avropa Oyunlarının Əməliyyat Komitəsinin innovativ Oyunlar Akademiyası təşəbbüsü ilə tərəfdaş olacaq.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional vitse-prezidenti İan Saderlənd dedi: “Biz bu cür nəhəng idman tədbiri üçün hazırlıq işlərinə başladığı bir məqamda Azərbaycana dəstək ola biləcəyimizdən məmnunluq duyuruq. Biz inanırıq ki, ölkənin idman sahəsində yüksək nailiyyətlər qazanmaq üçün böyük bir mərkəzə çevrilməsi istiqamətində göstərdiyi səylər baxımından bu tədbir ölkə üçün unikal bir imkan yaradır.

“Bu təşəbbüs yüzlərlə Azərbaycan gəncinin yeni bacarıqlara və biliklərə yiyələnərək ölkənin beynəlxalq tədbirlər həyata keçirmə potensialına töhfə verməsi üçün çox gözəl bir imkandır. BP şirkəti Azərbaycanın bacarıq və potensialların yaradılması istiqamətində göstərdiyi ümumi səyləri gücləndirəcək və layihələrin həyata keçirilməsində böyük bir təcrübəni miras qoyacaq bu təşəbbüsü dəstəkləməkdən məmnunluq duyur.”

Bakı Avropa Oyunlarının baş əməliyyat direktoru Saymon Kleqq dedi: “Şirkət olaraq BP idman üçün də son dərəcədə mühüm olan ehtiram, mükəmməllik və birgə komanda işi kimi dəyərləri təşviq edir – və bütün bu dəyərlərin hamısı Bakı 2015 Avropa Oyunları üçün də vacib əhəmiyyət kəsb edir.

“O, Avropa Oyunlarını yeni nəsil üçün Azərbaycanı beynəlxalq idman arenasında ən yüksək nailiyyətlər qazanmış ölkələrin siyahısına daxil etmək baxımından bir fürsət kimi görür və onun Azərbaycan idmançılarının yetişdirilməsində göstərdiyi köməklik bunun bariz nümunəsidir.

“Mən əminəm ki, biz ilk Avropa Oyunlarının təşkili üzrə hazırlığımızı davam etdirdiyimiz bir məqamda Bakı 2015 və BP şirkəti birlikdə güclü tərəfdaşlıq quraraq ölkə ictimaiyyətini cəlb edəcək və ruhlandıracaq.”

BP şirkəti dünyanın ən tanınmış neft və qaz təchizatçılarından biridir və o, mühüm enerji mənbələrinin təhlükəsiz şəkildə işlənməsi və hasilatı ilə məşğul olur.

Azərbaycanda BP şirkəti neft və qazın geoloji-kəşfiyyatı, işlənməsi və nəqli üzrə beş böyük layihəni təhlükəsiz və etibarlı şəkildə idarə edir. 1994-cü ildən etibarən, o, öz tərəfdaşları ilə birlikdə ölkədəki layihələrə təxminən 45 milyard dollar sərmayə yatırıb və öz fəaliyyətləri, o cümlədən geniş davamlı inkişaf təşəbbüsləri vasitəsilə yerli icmalara müsbət təsir göstərib.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.