30 may 2014 11:33

Gənclərin Avropa Olimpiya Sınaq Yarışları Bakı 2015 Avropa Oyunları üçün ilk sınaq yarışları olacaq

Bakı 2015 Avropa Oyunları bu həftənin sonunda Gənclərin Avropa Olimpiya Sınaq Yarışları (EYOT) həyata keçirilən zaman özünün ilk sınaq yarışlarına ev sahibliyi edəcək. 
Üç günlük yarış Cümə günü, may ayının 30-da start götürəcək və Avropanın 700-dən çox ən güclü gənc idmançılarını əhatə edəcək. Atletlər, Tofiq Bəhrəmov adına stadionda qızıl medallar uğrunda yarışacaqlar.
Iştirakçılar yeni inşa olunmuş və gələn ilin yayında ilk Avropa Oyunlarında istifadə olunacaq   Atletlər Kəndində qalacaqlar.  
Azərbaycan Respublikasının Gənclər və İdman naziri və Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) baş icraçı direktoru cənab Azad Rəhimov demişdir: “Mən Bakı şəhərinə gələn və  Gənclərin Olimpiya Oyunlarında iştirak etmək imkanı qazanmağa çalışan bu gənc idmançıları ürəkdən salamlayıram.
“Gənclərin Avropa Olimpiya Sınaq Yarışları bizim komandamıza gələn ilin Avropa Oyunlarından öncə göstərəcəyimiz bir sıra xidmətləri sınaqdan keçirmək üçün gözəl imkan yaradan möhtəşəm bir tədbirdir”.
Bu ilin avqust ayında Çin Respublikasının Nankin şəhərində keçiriləcək Gənclərin Olimpiya Oyunlarında iştirakını təmin etməyə çalışan 16 və 17 yaşlı idmançılar 36 idman növü üzrə yarışacaqlar. 
Tofiq Bəhrəmov Stadionu Bakı 2015  İlk Avropa Oyunlarında kamandan ox atma yarışına ev sahibliyi edəcək.   
Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq demişdir: “Avropa Oyunlarında yarışlara ev sahibliyi edəcək hər bir obyekt gələn ilin yay aylarına kimi ətraflı şəkildə sınaqdan keçiriləcək, belə ki, biz bütün Avropanın iştirak etməyə can atacağı bir yarışın həyata keçirilməsi üçün hazırlıq işlərimizi davam etdiririk. 
“Gələn ilin yayında keçiriləcək Oyunlarda 6,000-dən çox atletə ev sahibliyi etməyə hazırlaşdığımız üçün yarış iştirakçılarının Atletlər Kəndində qalmasına imkan yaradılması da bizim üçün əhəmiyyətli bir məsələdir”.
Azərbaycan Atletika Federasiyasının prezidenti  Çingiz Hüseynzadə  demişdir: “Atletika üzrə yeniyetmələr arasında Avropa təsnifat turnirinin Azərbaycanda keçirilməsindən qürur hissi duyuram.
Yerli Təşkilat Komitəsinin  üzvləri də  Avropanın ən güclü gənc idmançılarını Bakıda salamlamaqdan məmnundurlar.
“Möhtəşəm atletika yarışının uğurla həyata keçməsi  üçün bu istiqamətdə  biz  BEGOC-un dəstəyi  ilə  əzimlə çalışırıq”.
Gənclərin Avropa Olimpiya Sınaq Yarışlarında səhər sessiyaları saat 9:30-da və günorta sessiyaları isə cümə günü, may ayının 30-da saat 15:00-da və şənbə günü, may ayının 31-də saat 15:30-da başlanacaq. Bazar günü, iyun ayının 1-də səhər sessiyası olmayacaq və bu zaman günorta sessiyası saat 14:00-da başlanacaq.   
Gənclərin Avropa Olimpiya Sınaq Yarışlarının açılış mərasimi  cümə günü, may ayının 30-da saat 17:00-da Tofiq Bəhrəmov Stadionunda keçiriləcək.  
Qeyd edək ki, Bakı2015 İlk Avropa Oyunları 2015-ci il iyun ayının 12-dən 28-nə qədər keçiriləcək və qitə üçün çox maraqlı, cəlbedici, proqressiv yeni multi-idman yarışları olmaqla yanaşı indiyədək görülməmiş ilk Avropa Oyunları kimi tarixə düşəcək.
Bakı 2015 İlk Avropa Oyunları ümumilikdə 19 idman növünü əhatə edəcək: 16 Olimpiya idman növü və 3 qeyri-Olimpiya idman növü. 17 yarış günü ərzində 6000-dən çox idmançının öz ölkəsini təmsil edəcəyi gözlənilir. 
İdman növlərinin 9-u 2016-cı ildə keçiriləcək Rio De Janeyro Yay Olimpiadası üçün kvalifikasiya imkanları yaradacaq. Sözügedən idman növlərinin sırasına kamandan ox atma, atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon daxildir. 
Avropa Oyunlarının keçirilməsi Bakı şəhərinə Avropa Olimpiya Komitələri (EOC) tərəfindən 2012-ci ilin dekabr ayında həvalə olunmuşdur. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) Oyunları EOC ilə əməkdaşlıq şəraitində təşkil edərək həyata keçirəcəkdir.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.