27 may 2014 12:48

Bakı 2015 Olimpiya oyunları üçün 24182 sorğu blankı elektronlaşdırılıb

Gənclər və İdman nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ),  Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu (AzGF) və Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin birgə dəstəyi ilə Bakı və region təhsil müəssisələrinin tələbələri arasında bu möhtəşəm idman tədbiri ilə bağlı keçirilən  rəy sorğusunun ilkin nəticələri bəlli oldu.
Ümumilikdə 105.000 tələbə-gəncin iştirak etdiyi sorğuda 24182 sorğu blankı elektronlaşdırılıb. Onlardan 12472 nəfəri kişi, 11714-ü isə qadındır. 4048 nəfəri 18 yaş, 6005 nəfəri 19 yaş, 9612 nəfəri  20 yaş, 2483 nəfəri isə 21 yaş həddindədir. Tələbələrdən 13584-ü Bakı 2015 Avropa Oyunlarında könüllü qismində iştirak etmək istəyində olduğunu bildirib ki, onlardan 6703 nəfəri kişi, 6.881nəfəri isə qadınlardır.
Bu günə olan statistikaya görə, sorğuda iştirak etmiş tələbə-gənclər arasında Avropa Oyunlarına daxil bu və ya digər idman növləri üzrə kişilər arasında 3941 nəfər güləşə, 3812 nəfər boksa, 3437 nəfər isə cudoya azarkeşlik etmək istəyini bildiriblər.
Statistikaya əsasən ən çox azarkeşlik edilən idman növləri aşağıdakılardır:
  1. Voleybol - 9191 nəfər
  2. Su idman növləri - 6555 nəfər
  3. Bədii gimastika - 6059 nəfər
  4. Velosiped - 5.485 nəfər
Qadınlar arasında isə 6059 nəfər voleybola, 4379 nəfər bədii gimnastikaya, 3646 nəfər isə su idman növlərinə azarkeşlik etmək istəyini bildiriblər. Sorğuda iştirak etmiş respondentlərə bir neçə idman növünü seçmək imkanı verilmişdir.
Cari ilin mayın 7-dən başlanmış sorğu və toplanmış anketlərin elektronlaşdırılması prosesi bu həftə ərzində yekunlaşacaq.
Qeyd edək ki, elektronlaşdırılmış bütün sorğu anketləri vahid məlumat bazasında toplanılır.
(AGİN mətbuat xidməti)

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.