21 may 2014 17:37

Bakı-2015-in 1-ci rəsmi tərəfdaşı açıqlandı

Bakı 2015 Avropa Oyunları bu gün “Procter & Gamble” şirkətini özünün birinci rəsmi tərəfdaşı kimi elan etməkdən qürur duyur. Azerisport.az xəbər verir ki, şirkət Avropa Oyunlarına müqavilə əsasında dəstək verəcək və bu dəstək Azərbaycanda “Procter & Gamble” (P&G) şirkətinin məhsulları vasitəsilə Bakı 2015 haqqında məlumatlılığın artırılmasına xidmət edəcək.

Azərbaycan Respublikasının Gənclər və İdman naziri və Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) Baş İcraçı direktoru cənab Azad Rəhimov demişdir: “Avropa Oyunlarının birinci rəsmi tərəfdaşı kimi “Procter & Gamble” şirkətini alqışlamaq çox xoşdur. Mən əminəm ki, bu şirkətin dəstəyi ilə biz Oyunların Azərbaycanın hər yerində təşviq olunmasına töhfə verə bilərik".

P&G Azərbaycan şirkətinin direktoru cənab Tayqun Günay demişdir: “P&G şirkəti Bakı 2015 Avropa Oyunlarının tərəfdaşı olmaqdan qürur hissi duyur və bunu Beynəlxalq Olimpiya Komitəsi və Azərbaycan Milli Olimpiya Komitəsi ilə uğurla davam edən əməkdaşlığın məntiqi davamı hesab edir.

“Bu gün bizim imzaladığımız müqavilə, Bakı 2015 Avropa Oyunlarının timsalında  idmanın həyat keyfiyyətinin artırılmasındakı rolunu və P&G şirkəti tərəfindən insanların həyat şəraitinin yüksəldilməsi kimi ümumi məqsədləri nümayiş etdirir.

“P&G şirkəti, Bakı 2015 Avropa Oyunlarına özünün dünya səviyyəli brendlər təqdim etmək imkanları və Azərbaycanda bütün pərakəndə satış nöqtələrində müştərilərlə qurduğu əlaqələr hesabına dəstək verəcək.

“Biz Azərbaycan bazarında yüksək potensial görürük. Bu bazara sərmayə yatırmağı davam etdirməyi və yerli əhaliyə faydalar gətirməyi planlaşdırırıq.”

Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin Kommersiya məsələləri üzrə direktoru cənab Çarli Vijeratna demişdir:  “Procter & Gamble” şirkətinin böyük beynəlxalq idman yarışlarını dəstəkləməsinin çoxillik tarixi var və biz bu şirkəti birinci rəsmi tərəfdaşımız kimi salamlamaqdan məmnunuq.

“Bir şirkət olaraq “P&G”insanların həyatının yaxşılığa doğru dəyişməsində idmanın gücündən istifadə olunmasının əhəmiyyətini başa düşür və buna görə də birinci Avropa Oyunları üçün mükəmməl bir tərəfdaşdırlar.”

“Procter & Gamble” (P&G) şirkəti dünya səviyyəsində Olimpiya Oyunlarının sponsorudur və özünün geniş çeşidli məhsulları ilə dünyanın hər tərəfində təxminən 4,8 milyard insana xidmət edir.

“Procter & Gamble” ABŞ-da fəaliyyət göstərən bir şirkətdir və onun Avropa üzrə baş qərargahı İsveçrədə yerləşir. 1837-ci ildə yaradılmış şirkətin güclü korporativ ənənələri və istehlakçıya yönəlik fəlsəfəsi vardır. Şirkətin brendləri 170-dən çox ölkədə satılır.

1998-ci ildə Azərbaycanda da şirkətin ofisi yaradılıb və keçən müddət ərzində “P&G” şirkətinin yerli təşkilatı inkişaf edərək bazarda güclü fəaliyyət göstərən və yaxşı təşkilatlanmış bir struktura çevrilib.

“P&G” şirkəti Azərbaycanın davamlı inkişafına inanır və ölkəyə əlavə sərmayə yatırmaq niyyətindədir.

P&G brendləri və əməliyyatlarının iqtisadi təsiri şirkətin biznes tərəfdaşlarına və fəaliyyət göstərdiyimiz icmalara çiçəklənmək üçün fəaliyyət göstərmək imkanı yaradır. Bu, təkcə  P&G şirkətinin yerli əməkdaşları üçün yox, həm də ölkədə tərəfdaş distributor şirkətin (Engin Limited) və digər xidmət göstərən şirkətlərin yüzlərlə işçiləri üçün faydalar gətirir.

Bakı 2015 qitə üçün maraqlı, cəlbedici, proqressiv, yeni multi-idman tədbiri kimi tarixdə görünməmiş ilk Avropa Oyunları olacaq və  2015-ci il iyun ayının 12-dən 28-nə qədər keçiriləcək.

Bakı 2015 Avropa Oyunlarında atletlər  ümumilikdə 19 idman növü üzrə qüvvəsini sınayacaq: bunlardan 16-sı Olimpiya idman növü və 3-ü qeyri-Olimpiya idman növüdür. 17 yarış günü ərzində 6000-dən çox idmançının öz ölkəsini təmsil edəcəyi gözlənilir.

İdman növlərinin doqquzu 2016-cı ildə keçiriləcək Rio De Janeyro Yay Olimpiadası üçün kvalifikasiya imkanları yaradacaq. Sözügedən idman növlərinə kamandan oxatma, atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon daxildir.

Avropa Oyunlarının keçirilməsi 2012-ci ilin dekabr ayında  Avropa Olimpiya Komitələri (EOC) tərəfindən Bakı şəhərinə həvalə olunub. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) Oyunları EOC ilə əməkdaşlıq şəraitində təşkil edərək həyata keçirəcək.

“P&G” şirkətinə dünyanın hər tərəfində təxminən 70 ölkədə əməliyyatlar daxildir. Xahiş olunur ki, P&G və onun brendləri haqqında son xəbərlər və dəqiq məlumatlarla tanış olmaq üçün http://www.pg.com saytına nəzər salasınız.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.