19 may 2014 12:48

Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi Kommunikasiya üzrə yeni Direktor təyin edir

Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) məmnunluq hissi ilə bildirir ki, Vilyam Luis-Mari Kommunikasiya üzrə direktor təyin olunmuşdur.
Luis-Mari kütləvi informasiya vasitələrinin Avropa Oyunları haqqında məlumatlılıq səviyyəsinin və dünyanın hər tərəfində yarışların işıqlandırılması dərəcəsinin yüksəldilməsi məqsədilə Kommunikasiya şöbəsinə rəhbərlik etmək üçün BEGOC komandasına qoşulur.
Fransadan olan Luis-Mari keçmiş Olimpiya Oyunları və Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) dünya çempionatına cəlb edilməsi daxil olmaqla bir sıra qurumlarda yüksək səviyyəli rəhbər təcrübəsinə malikdir.
O, BEGOC-a 160 ölkədə fəaliyyət göstərən proqressiv multi-media qrupu Trace TV-dən qoşulur. Luis-Mari Trace TV-də çempionlara həsr olunan təzə beynəlxalq kanal olan Trace Sports-un baş vitse-prezidenti vəzifəsini tutmuşdur.
Luis-Marinin BEGOC-a qoşulmasını alqışlayan Bakı-2015 Avropa Oyunların Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq demişdir: “Vilyamın kommersiya sektorunda kommunikasiya sahəsində çox mükəmməl və geniş təcrübəsi vardır və o, bizim kommunikasiya strategiyamıza və onun həyata keçirilməsinə rəhbərlik edəcəyinə görə biz onun təcrübəsindən istifadə etməliyik.
“Onun beynəlxalq nüfuzu və idmana məhəbbəti mövcud BEGOC komandasını çox gücləndirəcək və gələn ilin iyun ayında ilk Avropa Oyunlarının Bakı şəhərində uğurla keçirilməsinə töhfə verəcək.”
Luis-Mari Trace TV-də London 2012 Olimpiya Oyunlarının Layihə Meneceri kimi xidmət göstərmiş və, həmçinin, Atlanta 1996 Olimpiya Oyunları və Fransa 1998 Dünya Çempionatında Coca-Cola France üçün Kommunikasiya Meneceri kimi işləmişdir.
Onun işlədiyi digər məşhur böyük idman qurumlarının sırasına Fransa Olimpiya Komitəsi, Tour de France, Fransanın və beynəlxalq idman federasiyarı və çoxlu tanınmış idman markaları daxildir.
Luis-Mari demişdir: “Ötüb Keçməli Bir İl tarixi 12 iyuna yaxınlaşdığına görə mən Bakı-2015 komandasına qoşulmaqdan ötrü bu gözəl imkandan istifadə etdiyim üçün çox şad və xoşbəxtəm.
“Belə bir istedadlı komandaya qoşulmaqdan qürur duyuram və bu qabaqcıl tədbir haqqında qlobal miqyasda məlumatlılıq səviyyəsinin yüksəldilməsinə kömək edəcəyimə ümid bəsləyirəm. 
“Biz Azərbaycanı elit idman növlərinin keçirilməsi üçün gözəl məkan, eləcə də müasir və dinamik Avropa ölkəsi kimi nümayiş etdirmək istəyirik. Avropa Oyunları bütün qitənin və Azərbaycan əhalisinin zövq alacağı idman bayramı olacaqdır.”
Luis-Mari bu gün (Bazar ertəsi, 19 may) Bakı şəhərinə gəlməli və sabah öz vəzifəsinin icrasına başlamalıdır.
Xatırladaq ki, Bakı-2015 Avropa Oyunları 2015-ci il iyun ayının 12-dən 28-nə qədər keçiriləcək və qitə üçün çox maraqlı, cəlbedici, proqressiv yeni multi-idman yarışları olan heç vaxt görünməmiş ilk Avropa Oyunları olacaq.
Bakı-2015 Avropa Oyunlarında ümumilikdə 19 idman növü olacaq: 16 Olimpiya idman növü və üç qeyri-Olimpiya idman növü. 17 yarış günü ərzində 6000-dən çox idmançının öz xalqlarını təmsil edəcəyi gözlənilir.
İdman növlərinin doqquzu 2016-cı ildə keçiriləcək Rio De Janeyro Yay Olimpiadası üçün kvalifikasiya imkanları yaradacaq. Sözügedən idman növlərinin sırasına ox atma, atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon daxildir.
Avropa Oyunlarının keçirilməsi Bakı şəhərinə Avropa Olimpiya Komitələri (EOC) tərəfindən 2012-ci ilin dekabr ayında həvalə olunmuşdur. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) Oyunları EOC ilə əməkdaşlıq şəraitində təşkil edərək həyata keçirəcəkdir.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.