14 may 2014 13:22

Bakı-2015-də iştirak edəcək ilk idmançıların nəzərdə tutulan sayları təsdiqlənib

2015-ci ildə Bakı şəhərində keçiriləcək Avropa Oyunlarında iştirak edəcək ilk idmançıların nəzərdə tutulan sayları onların müvafiq Milli Olimpiya Komitələri (MOK) üçün təsdiq olunub.
Fransada aerobika üzrə keçirilmiş Avropa Çempionatının (4-10 Noyabr 2013) və Portuqaliyada batut və tamblinqdən tullanma üzrə keçirilmiş Avropa Çempionatının (7-13 Aprel 2014) ardınca ümumilikdə 22 MOK üçün Bakıda keçiriləcək Avropa Oyunlarında aerobika və batut üzərindən tullanma üzrə nəzərdə tutulmuş 120 nəfər idmançı sayı ayrılmışdır.
İlk Avropa Oyunlarında yarışacaq ilk idmançılara öz MOK-ları tərəfindən yarışacaqları yerlərin tezliklə təklif olunması dönüş mərhələsi deməkdir.
Azərbaycana qonşu ölkə olan Gürcüstanın MOK-u yarışlarda iştirakla bağlı onlar üçün nəzərdə tutulmuş idmançıların sayını təsdiq edən ilk MOK olmuşdur. Azərbaycan MOK-un ev sahibliyi etdiyi yarışda ölkədən batut üzərindən tullanma üzrə maksimum dörd və aerobika üzrə altı idmançı qüvvəsini sınayacaq.
Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) Əməliyyatlar üzrə Baş Direktoru Saymon Kleq bildirmişdir: “Bu gün MOK-ların ilk yarışacaq idmançılarının nəzərdə tutulan saylarının təyin olunması ilə Bakıda keçiriləcək İlk Avropa Oyunlarını həyata keçirmək kimi mühüm mərhələdəyik.
Qarşıdan gələn aylarda veriləcək elanlar və idmançılar arasında aparılacaq seçimlər həm Azərbaycanda, həm də bütün Avropada idman yarışlarına qarşı həvəs və həyəcan oyadacaq. İdmançılar Oyunların mərkəzində olacaq və biz yarışlarda ölkələri üçün nəzərdə tutulmuş iştirak sayını əldə edən idmançıları təbrik edirik. Seçilən idmançılar gələn ilin yayında Bakıda səxavətlə və səmimi qarşılanacaqlarından əmin ola bilərlər”.
Bu yaxınlarda ölkənin birinci xanımı Mehriban Əliyeva tərəfindən möhtəşəm Milli Gimnastika Arenasının rəsmi açılışı olmuşdur. Arena Bakı-2015-in Atletlər Kəndinə yaxın ərazidə yerləşir.
6800 nəfərlik Arena sınaq yarışlarına ev sahibliyi edəcək ilk obyektlərdən biri olacaq və iyun ayında burada bədii gimnastika üzrə 30-cu Avropa çempionatı keçiriləcək.
Atletlərlə bağlı Xidmətlər və Əməliyyatlar Şöbəsinin direktoru Ceyms MakLoud demişdir: “Biz bütün Avropadakı 22 Milli Olimpiya Komitəsi ilə əlaqə saxlayıb onlar üçün idmançıların nəzərdə tutulan iştirak sayı barədə həmin komitələri məlumatlandırmışıq.
Bu, Avropa Oyunlarının başlanması üçün yerdə qalan günlərdə daha çox tərəqqini özündə əks etdirir və bu tərəqqi Avropadakı bütün MOK-lara öz komandalarının Oyunlarda iştirakını planlaşdırmağa başlamalarına imkan yaradacaq”.
İdman gimnastikası, bədii gimnastika və batut üzərindən tullanma yarışları – eyni zamanda, iki yeni qeyri-olimpiya oyunları aerobika və akrobatika – Bakı-2015 Oyunlarında nümayiş olunacaq.
Gimnastika yarışları altı gün müddətində ölkələrini fərdi, qrup və qarışıq şəkildə təmsil edəcək ümumilikdə 446 kişi və qadın gimnastlar arasında keçiriləcək. Beş idman yarışı üzrə ümumilikdə 34 medal veriləcək. Bu, su idmanı növündən sonra istənilən idman növü arasında medal sayına görə ikinci ən yüksək göstəricidir.
Ümumilikdə, Bakı-2015 Avropa Oyunlarında 19 idman növü üzrə 6000-dən çox idmançının iştirak etməsi gözlənilir.
Qeyd edək ki, Bakı-2015 Avropa Oyunları 2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək həyəcanverici və innovativ kompleks idman yarışları olmaqla yanaşı, kontinentdə İlk Avropa Oyunları olacaq və 19 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya idman növü və üçü qeyri-olimpiya idman növü olacaq. 17 yarış günü müddətində 6000-dən artıq idmançının öz ölkələrini təmsil etməsi gözlənilir. Doqquz idman növü 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə oxçuluq, yüngül atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon daxildir.
Avropa Oyunlarının keçirilməsi 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitələri (AOK) tərəfindən Bakıya həvalə olunmuşdur. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) AOK ilə əməkdaşlıq şəraitində Oyunları təşkil və idarə edəcək.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.