28 aprel 2014 11:33

Bakı-2015 Oyunları beynəlxalq miqyaslı media konfransına sponsorluq edir

Bakı 2015 Avropa Oyunları Association Internationale De La Press Sportive-in (AIPS) 77-ci İllik Konqresinə sponsorluq edəcəyini qürurla elan edir. Azerisport.az xəbər verir ki, 1924-cü ildə əsası qoyulmuş AİPS beynəlxalq media nümayəndələrinin dünya miqyaslı görüş yeridir və 27 aprel – 1 may tarixləri arasında ilk dəfə olaraq Bakı şəhərində baş tutacaq.
260-dan çox peşəkar jurnalist və media təmsilçisi birlikdə beş gün keçirərək qlobal idman hadisələrini və dünya miqyaslı tədbirlərin işıqlandırılmasında medianın gələcəyini müzakirə edəcək.
Bakı 2015 Oyunlarının təşkilatçıları həmçinin nümayəndələri gələn yay Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıqlar haqqında məlumatlandıracaq.
Nümayəndələri salamlayan Azərbaycan Respublikasının Gənclər və İdman naziri və Bakı 2015 Oyunlarının Baş İcraçısı Azad Rəhimov bildirmişdir: “Bu cür nüfuzlu konfransa evsahibliyi etmək Bakı üçün böyük fəxrdir və bu tədbirə sponsorluq etdiyimiz üçün son dərəcə qürurluyuq.
“Bakı 2015 Avropa Oyunlarının keçirilməsinə bir ildən bir qədər çox bir müddət qaldığı üçün biz səbirsizliklə nümayəndələrə yarışların keçiriləcəyi yerləri və bu günədək gördüyümüz böyük işləri göstərmək istəyirik.
“Bu Konqres həmçinin qonaqlarımıza Bakımızın müasir və dinamik Avropa şəhəri olduğunu nümayiş etdirmək üçün gözəl bir imkandır və mən həyəcanla qonaqların ölkəmizə gəlişini gözləyirəm.”
Bu ilki görüşdə həm də 1924-cü ildə keçirilmiş Paris Olimpiya Oyunlarında təsis edilmiş AİPS-in 90-cı ildönümü qeyd ediləcək.
AİPS sədri Gianni Merlo bildirmişdir: “90-cı ildönümümüzü qeyd etdiyimiz üçün bu ilki Konqres bütün əlaqədar şəxslər üçün xüsusilə yaddaqalan olacaq.
“Birlikdə Bakıya gəlişimiz bizə bu möhtəşəm hadisəni qeyd etmək, o cümlədən növbəti 12 ay ərzində ümumdünya idman həyatının əsas diqqət mərkəzinə çevriləcək yeni bir məkanda gördüyümüz işlərin gələcəyini müzakirə etmək imkanı verəcək.
“Fürsətdən istifadə edərək, tədbirimizə sponsorluq etdikləri və İllik Konqresimizin ölkələrində keçirilməsinə imkan yaratdıqları üçün Azərbaycan Hökumətinə və Bakı 2015 Oyunlarının təşkilatçılarına təşəkkürümü bildirmək istəyirəm.”
Oyunların keçirilməsinə nisbətən az müddətin qaldığı bir zamanda nümayəndələrin həmçinin inşa edilməkdə və yenilənməkdə olan obyektləri görmə fürsəti olacaq.
Bakı 2015 Oyunlarının sözçüsü bildirmişdir: “İlk dəfə keçiriləcək Avropa Oyunlarına evsahibliyi etmək Azərbaycanın ümumdünya idman hadisələri xəritəsinin mərkəzində yer alması üçün həyəcanverici bir imkandır.
“Oyunlar üçün hazırladığımız məkanlar dünya standartlarına cavab verir və innovativ bir idman mühitində Avropanın qabaqcıl atletlərini qəbul etmək üçün tam hazır olacaq.
“Biz bu fürsətdən istifadə edərək dünyanın idman mediasını şəhərimizlə və gələn il keçiriləcək Avropa Oyunlarına hazırlıq işləri ilə tanış etməkdən məmnunluq duyarıq.”
Xatırladaq ki, Bakı-2015 Oyunları 2015-ci ilin 12-28 iyun tarixləri arasında baş tutacaq qitənin ilk, həyəcanverici və multi-idman hadisəsi olaraq tarixə yazılacaq. Oyunların Bakıda keçirilməsinə 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitəsi (AOK) tərəfindən qərar verilmişdir. Bakı Avropa Oyunlarının Əməliyyat Komitəsi (BAOƏK) AOK ilə birgə şəkildə Oyunların təşkilatçılığı və həyata keçirilməsi ilə məşğul olur.
Bakı-2015 Oyunlarında 19 idman növü üzrə yarışlar keçiriləcək: bunlardan 6-sı Olimpiya, üçün isə qeyri-Olimpiya oyunlarıdır. 17 gün davam edəcək yarışlarda 6000-dən çox idmançının öz ölkələrini təmsil edəcəyi gözlənilir.
Qeyd edək ki, idman növlərindən səkkizində 2016-cı ildə Rio de Jeneiro şəhərində keçiriləcək Olimpiya Oyunlarına təsnifat imkanları təqdim olunacaq. Bu idman növlərinə yüngül atletika, çimərlik voleybolu, velosiped yarışı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon daxildir.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.