28 aprel 2014 11:00

Bakı-2015 Avropa Oyunlarının rəhbərlik heyətində dəyişiklik baş verib

Üçüncü Avropa Olimpiya Komitələrinin (AOK) Koordinasiya Komissiyasında pozitiv dəyişikliyə rəhbərlik etdikdən sonra bu gün Bakı-2015 Avropa Oyunlarının Əməliyyatlar üzrə Baş Direktoru Cim Şerrin vəzifəsini tərk etməsi barədə qərar qəbul etməsi və Amerika Birləşmiş Ştatlarına qayıtması elan olunmuşdur. Azerisport.az xəbər verir ki, Şerr təşkilata 12 ay ərzində rəhbərlik etmiş və bu vaxt ərzində o, innovativ və əsas diqqəti atletlər üzərində cəmləşən ilk Avropa Oyunlarının həyata keçirilməsi üçün tələb olunan planlaşdırma və təşkilati strukturları yerinə qoymuşdur.
Cim Şerr demişdir: “Mən şübhə etmirəm ki, Avropa Oyunlarının gələn yay Bakı şəhərində uğurla keçirilməsi üçün təşkilatı fantastik vəziyyətdə tərk edirəm. Koordinasiya Komkitəsində son digər bir pozitiv dəyişiklikdən sonra mən hiss edirəm ki, gənc ailəmlə birlikdə daha çox vaxt keçirmək və təsis etdiyim konsaltinq, yarışlar və marketinq şirkəti olan 776 Marketinq-in Baş İcraçı Direktoru kimi vəzifəmə başlamaq üçün Amerika Birləşmiş Ştatlarına qayıtmağın əsl vaxtıdır.
“Bakı şəhərində olduğum vaxt ərzində mənə verdikləri dəstəyə görə Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevaya və Gənclər və İdman Naziri Azad Rəhimova təşəkkür etmək istəyirəm və əminəm ki, formalaşdırdığımız olduqca istedadlı və peşəkar kollektiv Azərbaycan və Avropanın qalan hissəsinin fəxr edəcəyi bir yarış həyata keçirəcək.”
Avropa Olimpiya Komitələrinin Prezidenti Patrik Hiki demişdir: “Biz hamımız Bakı2015 Avropa Oyunları Əməliyyatları üzrə Baş Direktor vəzifəsini yerinə yetirərkən etdiyi rəhbərliyə görə Jimə dərin minnətdarlığımızı bildiririk. Onun səyi nəticəsində innovativ və atlet yönümlü mükəmməl modelin yaradılması ilə Oyunlar Avropa Olimpiya Komitələrinin konsepsiyasının tələblərinə cavab verə bilən səviyyəyə qaldırıldı. Biz ona gələcəkdə böyük uğurlar arzulayırıq.”
Azərbaycan Gənclər və İdman Naziri, Bakı2015 Əməliyyat Komitəsinin Baş İcraçı Direktoru Azad Rəhimov demişdir: “Mən Jimə Bakıda olduğu dövr ərzində göstərdiyi peşəkarlığa, səyə və etdiyi rəhbərliyə görə təşəkkür etmək istəyirəm. Onun tövsiyələri ilə biz işimizdə böyük irəliləyişə nail olmuşuq və o, Birinci Avropa Oyunlarının nümunəsini yaratmaqda inteqral rol oynamışdır. Gələn il ilk cəlbedici Avropa Oyunlarını reallaşdıracağımız üçün biz indi hazırlıq işlərimizin növbəti mərhələsini nəzərdən keçiririk.”
Azərbaycanın tarixində ilk ən böyük çox növlü idman yarışında 19 idman növü üzrə Avropadan 6000 idmançı iştirak edəcək.
Bakı NOC-lar və Avropa atletlərindən ötrü qarşıdakı onilliklər üçün 20 böyük təzə və təmir olunmuş yarış obyektlərinə sərmayə yatıraraq Avropa atletləri və Azərbaycan gəncləri üçün gözəl yerlər və dünya səviyyəli obyektlər təmin edir.
Bakı2015 Avropa Oyunları Cim Şerri əvəz edən şəxsi təyin etmişdir və bu, 28 aprel 2014-cü il tarixində saat 12:30-da (yerli vaxt) rəsmi şəkildə elan olunacaq.
Xatırladaq ki, Avropa Oyunlarının keçirilməsi 2012-ci ilin Dekabr ayında Avropa Olimpiya Komitələri (AOK) tərəfindən Bakıya həvalə olunmuşdur. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) AOK ilə əməkdaşlıq şəraitində Oyunları təşkil və idarə edəcək.
Bakı-2015 2015-ci il 12 İyun-28 İyun tarixlərində keçiriləcək həyəcanverici və innovativ kompleks idman yarışları olmaqla kontinent üçün ilk Avropa Oyunları olacaq.
Qeyd edək ki, 2015-ci il Bakı Avropa Oyunları 19 idman növü üzrə keçiriləcək: Bunlardan 16-sı Olimpiya idman növü və üçü qeyri-olimpiya idman növü olacaq. 17 yarış günü müddətində 6000-dən artıq idmançının öz xalqlarını təmsil edəcəkləriı gözlənilir.
Həmçinin, səkkiz idman növü 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə yüngül atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon daxildir.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.