18 aprel 2014 15:55

Bakı 2015 Oyunları Akademiyası öz işinə başladı

Bakı 2015 İlk Avropa Oyunları Əməliyyat Komitəsi, Bakı 2015 Oyunları Akademiyası təşəbbüsünün irəli sürülməsindən  qürur hissi duyur və hazırda, Məzun Təlim Proqramı üçün ərizələrin qəbuluna  start verir.
Oyunlar Akademiyasının yaradılmasında məqsəd, Çevik öyrənmə üsulları ilə birgə Azərbaycan və bütün Avropadan olan universitet məzunlarının Məzun Təlim Proqramında iştiraklarını təmin etmək, yerli qrup üzvlərinin bacarıq və Oyunlarla bağlı biliklərini artırmaqdır.
Hər iki proqram, Oyunlar Akademiyasına Azərbaycanda potensial və dəyərli yerli irsin formalaşmasına  dəstək olmaq imkanı verecek. 
Bu unikal təşəbbüsə Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) və Azərbaycan Gənclər Fondu rəhbərlik edir və Avropa Olimpiya Komitəsi (AOK) tərəfindən təsdiq edilir.
Azərbaycanın gənclər və idman naziri və Bakı 2015 İlk Avropa Oyunlarının icraçı direktoru Azad Rəhimov Məzun Təlim Proqramını şərh edərkən, “Bu, Azərbaycandan və bütün Avropa ölkələrindən olan gənclərə İlk dəfə baş tutacaq Bakı 2015 İlk Avropa Oyunlarının uğurlu keçməsinə yardım göstərmələri üçün yaradılan imkandır. Biz bu cür məqsədli  gənc məzunların yolunu gözləyirik və onlara ilk karyera uğurlarını   dünyanın möhtəşəm idman tədbirinin təşkilində qazanmaları üçün köməklik göstərəcəyik” deyə bildirib.
2012 - 2014-cü illər arasında məzun olmuş istedadlı və həvəsli gəncləri Məzun Təlimi Proqramına müraciət etməyə dəvət edirik.
 İlk Avropa Oyunlarında təcrübə toplamaq  və öz istedadlarını artırmaq imkanı bəxş edən  Məzun Təlimi Proqramı  199 namizədi  (Azərbaycan universitetlərindən 150 nəfər və Oyunlarda iştirak edəcək ölkələrin Milli Olimpiya Komitələrindən  bir nəfər olmaqla 49 nəfər) əhatə edəcək.
 Proqrama üç həftəlik intensiv  təlim daxil ediləcək və bundan sonra iştirakçıların üzərinə bir il müddətində Oyunları planlaşdırmaq və həyata keçirmək kimi real öhədlik qoyulacaq. Onlara bu işdə beynəlxalq ekspertlərdən ibarət liderlər və təlimçilər yardım edəcək və namizədlər  sınaq tədbirlərində və Oyunların keçiriləcəyi vaxt ərzində  geniş təcrübə toplayacaqlar.
Yerli BAOƏK qrupu həmçinin, Çevik Öyrənmə Üsulu təşəbbüsündən yararlanacaq və bu təşəbbüs onları tədbirin idarə edilməsi və çoxsaylı idman tədbirləri üzrə əsas bacarıq və hazırlıq kursları ilə təmin edəcək. Bu kursları təcrübəli qrup üzvləri keçirəcək və namizədlər Oyunlarla bağlı yerinə yetirəcəkləri vəzifələrə hazırlıqlı olacaqlar.
Avropa Olimpiya  Komitəsinin Prezidenti Patrik Hiki çıxısı zamanı ,”Bakı 2015 Oyunlar Akademiyası Bakı 2015-İlk Avropa oyunlarının irəli sürdüyü tam yeni innovativ ideyadır, Azərbaycandan və Avropanın istənilən yerindən olan gənclər üçün olduqca faydalı olacaqdır. 
Bu akademiya AOK və BAOƏK-in idmanın idarə edilməsi ilə bağlı yüksək təcrübə nümayiş etdirmək məqsədilə  İlk Avropa Oyunları üçün eyni missiyanı  paylaşmasının  bir nümunəsidir. BAOƏK-in istifadə etdiyi təchizat tərəfdaşları da Azərbaycan xalqının bu ideyanı dəstəklədiyini göstərir. Mən xüsusi olaraq Avropa Milli Olimpiya Komitələrinin bu Akademiyanın bir hissəsi olmaq üçün dəvət olunması təşəbbüsündən məmnunam və əminəm ki, Məzun Təlimi Proqramındakı 199 gənc  Oyunların təşkilatçılarına və AOK-a faydalı yardım göstərəcəklər”deyə vurğulayıb.
Bakı 2015 Oyunları Akademiyasının təşkil olunması ilə bağlı Azərbaycan Gənclər Fondunun sözçüsü bildirib: “Azərbaycan Gənclər Fondu, Azərbaycan Respubikası Prezidentinin himayəsi altında, Bakı 2015 Oyunları Akademiyasının inkişafına yardım etməkdən şərəf duyur və inanır ki, bu innovativ təşəbbüs gənclərimizi həvəsləndirəcək və inkişafına dəstək verəcək olduqca möhtəşəm və uzun müddət davam edəcək bir addımdır”.
Oyunlar Akademiyasının məsul şəxsi  Gavin McAlpine demişdir: ”İnanırıq ki, Oyunlar Akademiyası irimiqyaslı tədbirlər sənayesində unikal bir hadisə olacaq. İlk dəfə olaraq bu cür irimiqyaslı tədbirdə insanlar, korporativ təşkilatlarda  gələcək karyeralarını müəyyən edəcək bilik və təcrübə əldə edə biləcəklər”.
Gələcək nəsillərə  geniş imkanlar yaratmaq, karyeranızda irəliləyiş əldə etmək və digər proqramlara bənzəməyən məzun təlimi proqramının bir hissəsi olmaq istəyirsinizsə http://www.baku2015.com/en/gamesacademy İnternet saytında Məzun Təlimi Proqramına müraciət edin.
Ərizələr 08.05.2014 tarixinədək qəbul edilir.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.