10 aprel 2014 11:11
Beynəlxalq idman ictimaiyyəti Bakı-2015-in keçirilməsinə doğru atılan tarixi addımları yüksək qiymətləndirib
Bakı 2015 Avropa Oyunları ilk dəfə keçiriləcək bu cür tədbiri özünün davamlı iqtisadi, sosial və siyasi inkişafı hesab edən Azərbaycanın tarixində bu vaxtadək keçirilmiş ən böyük çoxsaylı idman yarışları tədbiri olacaqdır. Azerisport.az xəbər verir ki, Azərbaycanın milli tarixində yeni səhifə yazacaq bu müstəsna rolu və Avropa idmanının bu gün beynəlxalq idman sahəsinin aparıcı nümayəndələrinə verdiyi töhfə haqda Azərbaycanın gənclər və idman naziri cənab Azad Rəhimov Belek/Antalya, Türkiyədə 2014-cü ildə keçirilən SportAccord Konvensiyasının növbəti iclasında çıxışı zamanı məlumat vermişdir.
Həmçinin, Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin Baş Direktoru olan nazir Rəhimov nümayəndə heyətlərinə məlumat vermişdir ki, birinci dəfə keçiriləcək Avropa Oyunları Avropa qitəsini ruhlandıracaq və Avropa xalqlarını bu cür idman bayramında bir araya gətirəcəkdir.
Nazir Rəhimov ev sahibliyi ediləcək Oyanlara hazırlıq barədə ətraflı məlumat vermiş və söyləmişdir ki, bu Oyunların əsas diqqəti idmançılara yönəlmiş, sərmayələr ümumən 19 idman növü üzrə yarışacaq 6000 idmançı üçün nəzərdə tutulan mövcud məkanların bərpasına və dünya səviyyəli 20 idman obyektinin inşasına yönəldilmişdir.
“Avropa Olimpiya Komitələrində qitə Oyunlarının Avropa üçün keçirilməsi təsəvvürü mövcuddur və bu Oyunların Bakıya həvalə edilməsi ilə onlar bu möhtəşəm layihəni Azərbaycana etibar etmişlər”, - nazir Rəhimov bu münasibətlə bildirmişdir.
“AOK-un etibarı və bizim ambisiyamız digər Avropa şəhərlərində də keçiriləcək gələcək Oyunların ötürülə bilən və dayanıqlı modelinin yaradılmasından ibarətdir. Eyni zamanda, biz Azərbaycanı müasir Avropa ölkəsi kimi göstərmək imkanını artırmaq niyyətindəyik”, - o, əlavə etmişdir.
Nazir Rəhimov həmçinin, Azərbaycan hökumətinin həyata keçirdiyi strateji yanaşmanın tədbirin Azərbaycanda idman, sosial və iqtisadi inkişafını təmin etməsi məqsədi güddüyünü qeyd etmişdir.
“İlk Avropa Oyunlarına ev sahibliyi etmək imkanından yararlanmaq Bakı və Azərbaycanı Avropada idman, biznes, turizm və mədəniyyət üçün dinamik məkan baxımından inkişaf etdirmək və eləcə də bilik və bacarıqların yeni bazası olmaq baxımından bizim üçün əhəmiyyətli məsələdir”, - o, qeyd etmişdir.
“Bakı 2015 oyunları yalnız yeni dünya səviyyəli idman məkanları ilə təmin etməyəcək, o həmçinin Bakı və Azərbaycanın əhalisi üçün yeni şəhər və icma imkanlarının inkişafı baxımından təkanverici rol oynayacaq”, – o, əlavə etmişdir.
“İnanırıq ki, bizim Azərbaycan hökumətinin dəstəklədiyi tədbir yerlərinin inşası gənclərin idmana olan həvəslərini artıracaq və xalqın daha fəal həyat tərzinə rəvac verəcək və onun sağlam olmasına kömək edəcək”, - nazir Rəhimov davam etmişdir.
Oyunlar üçün inşa edilən yeni idman məkan və obyektləri Azərbaycan gəncləri üçün nəsildən-nəslə keçəcək bir töhfədir.
Açılış və Bağlantı mərasimlərində və idman tədbirlərində 65000 tamaşaçı və idman azarkeşi üçün nəzərdə tutulmuş Əsas Stadionun tikintisi başa çatmaq üzrədir.
İnşası yenicə başa çatdırılmış Milli Gimnastika Arenası növbəti il keçiriləcək Oyunlar üzrə sınaq tədbiri kimi bu ilin may ayında Avropa Ritmik Gimnastika Çempionatına ev sahibliyi edəcək. Bakı Akvatika Mərkəzində üzgüçülük, sinxron üzgüçülük və dayvinq yarışları keçiriləcək.
“Müşahidəçilər artıq Azərbaycanın Bakı 2015 Avropa Oyunlarını əsas diqqətini idmançılara yönəldən bir məkan olduğunu qəbul etmişlər. Bu aydın şəkildə beynəlxalq miqyaslı, 9000 idmançı və rəsmi şəxsə ev sahibliyi edəcək və mümkün olduğu qədər ən yaxşı yaşayış üçün yer və hazırlıq obyektləri ilə təmin etmək məqsədi güdən Atletlər kəndində özünü büruzə verir”, – nazir Rəhimov söyləmişdir.
Nümayəndə heyətləri həmçinin təşkilatçıların yerli icmalarda yeni və səmərəli iş proseslərini inkişaf etdirmək və daha çox bacarıqlar, iş yerləri, kommersiya bilgisi və irimiqyaslı tədbirlər sahəsində təcrübə qazanmaq məqsədi güddükləri haqda məlumatları dinləmişlər. Digər əsas məqsəd tədbir üçün mal və xidmətlərin təmin edilməsinə cəlb edilən genişmiqyaslı sektorlar boyu təcrübə səviyyələrini artırmaqdır.
“Hökumət, həmçinin, Oyunlar vaxtı istifadəsi mümkün olacaq çoxlu sayda irimiqyaslı daşınma layihələrinə, habelə metro və avtobus şəbəkələrinin yenilənməsinə böyük sərmayə yatırır”, – nazir Rəhimov bəyan etmişdir.
İnvestisiya layihələri iki yeni yüksək texnoloji dəmiryolu xəttini – Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən Bakı-Tbilisi-Qars xəttini və Bakıdakı yeni beynəlxalq hava limanı terminalı olan Bakı-Çin xəttini özünə daxil edir və 2015-ci ilə dünyanın 50 şəhəri və 22 ölkəsi boyu 60 hava limanına uçuşları nəzərdə tutan uçuş qrafiklərini artırmağı nəzərdə tutur.
Azərbaycan Cənubi Qafqazda əhalisinin sayı demək olar ki, 9.5 milyon nəfər olan ən iri və ən çox əhalisi olan ölkədir. 2000 və 2010-cu onillik arası Azərbaycan dünyada ikinci ən yüksək ÜDM artımı nümayiş etdirmişdir. Güclü iqtisadi artım neft və qaz ehtiyatları, turizm və kənd təsərrüfatından əldə edilmişdir.
(Synergy Partnership MMC)
