8 aprel 2014 18:33

Bakı Avropa Oyunları 2015 SportAccord Konvensiyası 2014 üçün Rəsmi Mobil Proqram üzrə tərəfdaşdır

6-11 aprel tarixləri arasında Türkiyənin Antalya (Bələk) şəhərində “Susesi” Konvensiya Mərkəzində keçirilən “SportAccord” Konvensiyasında iştirak edən nümayəndələr yeni mobil proqramın təqdim edilməsi sayəsində tədbirdə iştirak edən zaman vaxtlarından səmərəli istifadə edərək Bakı Avropa Oyunları 2015 haqqında istədikləri bütün məlumatı əldə edə bilərlər.  
Tədbirin pulsuz yüklənə bilən rəsmi mobil proqramı Bakı Avropa Oyunları 2015 ilə “SportAccord” konvensiyası arasındakı birgə əməkdaşlıq sayəsində yaradılıb təqdim edilmişdir.
Bu proqram “SportAccord” konvensiyasında iştirak edənlərin imkanlarını artırmaq üçün bir sıra faydalı funksiyalar, o cümlədən sessiya barədə ümumi məlumatın təmin edilməsi, nümayəndələrin avtobioqrafiyası, sərgi zalının yerləşmə sxemini təklif edir. Proqramı yüklədikdə nümayəndələr bağlantı yaratmaq və konvensiya ərzində şəbəkədə ünsiyyət saxlamaq imkanlarından tam yararlanmaq üçün sistemə daxil olub öz profillərini digər iştirakçılar üçün açıq edə bilərlər. 
Bu proqram iştirakçılara tədbir çərcivəsində keçirilən sessiya və təqdimatlar, o cümlədən  İlk  Avropa OyunlarıBakı 2015 tərəfindən təşkil olunan ziyafətlər barəsində məlumat verəcəkdir.
Proqram, eləcə də  istifadəçilərin Tvitter və SAC 2014 ünvanındakı hesabları vasitəsilə sosial şəbəkələrdəki fəaliyyətlərini asanlaşdıracaqdır. .
Mobil proqram IPhone, Android , Blackberry, Windows Phone mobil telefonlarında və kompüter istifadəçiləri tərəfindən istifadə edilə bilər. Proqram həmçinin iştirakçılara İlk Avropa oyunları barədə öyrənmək istədikləri hər bir şey barədə məlumat əldə etmək üçün dəyərli platforma təmin edir.   
İlk Avropa Oyunlarının əsas məqsədiAvropada yaşayan müxtəlif insanları bu möhtəşəm idman bayramında birləşdirən bir Oyunlar keçirməkdir.

Azərbaycan öz tarixində ən böyük multi-idman tədbirində 19 idman növü üzrə yarışan 6000-dən artıq Avropa idmançısını bir araya gətirəcək.
Bakı, Avropa idmançıları və Azərbaycan gəncləri üçün ənənəvi yerlər və dünya səviyyəli obyektlər təmin etmək üçün 20 yeni və təmir olunan yarış yerlərinin, eləcə də MOK-lar və Avropa idmançıları və gələcək onilliklər ərzində xidmət göstərəcək yeni dünya səviyyəli idman zallarının qurulması üçün investisiyalar qoyur.  
Proqramı yükləmək üçün bu linkdən istifadə edin: http://www.sportaccordconvention.com/delegate-information/networking-mobile-event-app
 

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.