3 aprel 2014 22:00

Bakı-2015-in iştirakçılarının sayı 6000 nəfərə çatdı

Bakı 2015 Avropa idman yarışlarında iştirak edəcək atletlərin ümumi sayı 6.000 nəfərə çatmışdır,  belə ki, atletika üzrə yarışlar çoxsaylı idman yarışlarının açılış mərasimi üçün təsdiq edilmiş 19 idman yarışı arasına daxil edilmişdir. Azerisport.az xəbər verir ki, növbəti ilin iyun ayında tarixi tədbirə ev sahibliyi etmək üçün sürətlə aparılan işlər haqqında ətraflı məlumatlar Avropa Olimpiya Komitələrinin Əlaqələndirmə Komissiyası üçüncü dəfə Bakıya səfər edəcək qarşıdan gələn iki gün ərzində təhlil ediləcək. 
Komissiya rəsmi şəkildə bu gün Bakıda Azərbaycanın Birinci Xanımı Mehriban Əliyeva tərəfindən rəsmi şəkildə qarşılanmışdır. Mehriban xanım Azərbaycanın idmançıların və gələcəkdə Bakı və Azərbaycan əhalisinin yararlanacağı  müstəsna şəraiti təmin edən beynəlxalq səviyyəli idman obyektlərini yaratmaq arzusunda olduğunu bildirmişdir.
“Xalqımız idman tarixinin yaradılmasında oynadığı rolu yüksək dəyərləndirir və Hökumət tam şəkildə İlk Avropa Oyunlarının keçirilməsi üçün zəruri olan hərtərəfli dəstəyi verir və onun uğurlu keçməsi və Avropa idmançılarının parlaq çıxışları üçün əlindən gələni edir”, - Bakı 2015 İlk Avropa Oyunlarının Təşkilat Komitəsini Sədri, Milli Olimpiya Komitəsinin İcra Komitəsinin üzvü və UNESKO-nun Xoşməramlı Səfiri Birinci Xanım söyləmişdir.
“Oyunlara cəlb edilmiş Azərbaycanın bütün nazirlikləri əsas diqqətlərini tədbirin keçiriləcəyi yerlərin hazırlıq işlərinə, daşınma sistemlərinə və təhlükəsizliyə yönəltmiş və bu işlərə böyük önəm verirlər” – o, qeyd etmişdir.
“Milli Gimnastika Arenası demək olar ki, hazırdır və bizim idmançıların və gələcəkdə Bakı və Azərbaycan əhalisinin yararlanacağı  müstəsna şəraitin təmin edildiyi beynəlxalq səviyyəli idman obyektlərini yaratmaq arzumuzu nümayiş etdirən bir məkandır”- deyə, o, əlavə etmişdir.
İlk Avropa Oyunlarında iştirak edəcək 6.000 idmançı 19 idman növü üzrə 20 yeni və ya təmir edilmiş idman obyektlərində yarışacaqlar.
“Mən bizim son dəfə 2013-cü ilin oktyabr ayında etdiyimiz səfərdən sonra nail olunmuş əhəmiyyətli və davamlı irəliləyişdən son dərəcə məmnun qaldım. Heç bir şübhə yoxdur ki, Bakıda baş tutacaq İlk  Avropa Oyunları birinci dərəcəli idman obyektlərində keçiriləcək yüksək səviyyəli idman tədbirləri 2015-ci ilin beynəlxalq idman təqvimində ən nüfuzlu tədbir olacaqdır.
Biz Avropa Oyunlarının digər Oyunların surəti olmasını istəmirik, biz yenilikçi olmaq istəyirik. AOK və Bakı 2015 artıq bu yoldadır və bunu davam etdirəcəyik”,  –  tədbirə özü rəhbərlik edəcək BOK-un İcra Şurasının üzvü və Avropa Olimpiya Komitələrinin Prezidenti Patrik Hikki demişdir.
Azərbaycanın gənclər və idman naziri və Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin icraçı direktoru cənab Azad Rəhimov Komissiyanın 2013-cü ilin oktyabr ayında etdiyi son səfərdən bəri Bakı 2015 Avropa Oyunları üzrə bütün planlaşdırma sahələrində əldə edilən əhəmiyyətli irəliləyişi yüksək qiymətləndirmişdir.
“Komanda idman proqramı və yarış qrafiki üzrə yorulmadan çalışmış və Avropa Olimpiya Komitələrinin dəstəyi bizim möhtəşəm yeni stadionun siyahıya daxil edilməsinə gətirib çıxarmışdır.
“Əhəmiyyətli məsələlərdən biri də Oyunların yarış proqramında yeddi idman növündən az olmamaq şərtilə Oyunlardan 2016-cı il Rio Olimpiya Oyunları üçün kvalifikasiya platforması qismində istifadə ediləcəkdir.  Bu, Prezident Hikkinin və AOK-un İcra Komitəsinin fikrincə, Olimpiya Oyunlarından bir il qabaq Avropa Oyunlarının keçirilməsi və bu Oyunların Avropa idmançıları tərəfindən öz planlarına salınması olduqca böyük və həyata keçirilməsi mümkün olan bir işdir”- o, əlavə etmişdir. 
Cənab Rəhimov onu da əlavə etmişdir ki, ölkəmiz qarşıdan gələn aylarda Avropanın gənc idmançıları arasında Yarışlara və Avropa Ritmik Gimnastika Çempionatlarına ev sahibliyi etməyi nəzərdə tutur və bu Oyunlar üçün çoxlu sayda əməliyyat modelləri və prosedurlarının təcrübədə tətbiq edilməsinə dəyərli imkanlar verəcək.
Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin icraçı direktoru  Jim Scherr də həmçinin, Komissiyaya məlumat vermişdir ki, idman tədbirlərinin keçiriləcəyi bütün məkanlar artıq mövcuddur və 33 qeyri-yarış məkanları müəyyən edilmişdir. Sınaq tədbiri və yarış tədbiri təqvimi də  artıq başa çatdırılmışdır.
“Əlaqələndirmə Komitəsinin səfəri Avropa Oyunlarının keçirilməsi üçün mühüm bir addımdır və biz beynəlxalq miqyaslı tədbirin keçirilməsində əldə etdiyimiz davamlı irəliləyiş və nailiyyətlərdən olduqca məmnunuq”- o, söyləmişdir.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.