3 aprel 2014 18:28
İlham Əliyev AOK-un prezidentini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini qəbul edib. Azerisport.az xəbər verir ki, Patrik Hikki “Bakı 2015” Avropa Oyunlarının Əlaqələndirmə Komitəsinin 3-cü toplantısı zamanı Azərbaycanda Avropa Oyunlarına hazırlıq işləri ilə bağlı səmərəli müzakirələrin aparıldığını qeyd edib.
Hazırlıq işlərinin qrafikə uyğun şəkildə görüldüyünü vurğulayan Patrik Hikki, bu işlərin bütün sahələrdə yüksək səviyyədə həyata keçirilməsindən razılığını bildirib.
Görüşdə Azərbaycanın müvafiq qurumları ilə Avropa Olimpiya Komitəsi arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
(AzərTAc)
