28 mart 2014 12:00
Bakı-2015-də 296 boskçu iştirak edəcək
2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarında 296 boksçu iştirak edəcək. Azerisport.az xəbər verir ki, onlardan 216-sı kişi, 80-i qadın boskçu olacaq.
196 boksçu Bakı-2015-ə təsnifat mərhələsini keçməklə düşə biləcək. Daha 70 boksçu Avropa reytinqinə əsasən turnirdə iştirak hüququ qazanacaq. Həmin reytinq cədvəli iyunun 30-da açıqlanacaq.
Azərbaycan meydan sahibi kimi 15 boksçu ilə mübarizə aparacaq. Onlardan 10-u kişi, 5-i qadın boksçu olacaq. Daha 15 iştirakçı isə güzəştli kart qazanmaqla mübarizəyə qoşula biləcək.
Bakı-2015-də iştirak hüququ qazanacaq qadın boksçuların yekun siyahısı 2014-cü ilin iyun ayının 30-da bəlli olacaq. Kişi boksçuların tam siyahısı isə 2015-ci ilin mart ayının 31-də açıqlanacaq.
