26 mart 2014 22:44
Bakı Olimpiya stadionunun ot örtüyünü britaniyalılar salacaq
Britaniyanın SIS Pitches firması Bakıdakı Olimpiya stadionun ot örtüyünün salınması və müvafiq texnikanın qurulması işləri ilə məşğul olacaq. Azerisport.az Britaniya KİV-nə istinadən xəbər verir ki, bu firmanın şərq bölməsinin rəhbəri İlyas Kobal bildirib ki, onun komandası bu müqavilə üzrə elan edilmiş tenderin qalibi olub:
“Bizim komandamız bir neçə yarışı qəbul edəcək Bakıdakı bu stadionda layihənin həyata keçirilməsinin intizarındadır”, deyə Kobal bildirib.
Qeyd edək ki, ölkəmizin paytaxtındakı 68 minlik tutumu olacaq arenanın inşasının 2015-ci ilə qədər başa çatdırılması nəzərdə tutulub. Xatırladaq ki, növbəti il Bakı ilk Avropa oyunlarını qəbul edəcək.
