5 mart 2014 00:33
Azad Rəhimov: Bu il, Avropa Oyunlarına hazırlıq baxımından çox vacibdir
Gənclər və İdman nazirliyi 5 mart Bədən tərbiyəsi və İdman günü ilə əlaqədar tədbir keçirib. Azerisport.az xəbər verir ki, tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov çıxış edib.
Nazir son illər idmançılarımızın əldə etdiyi uğurlardan danışıb: "2013-cü il Azərbaycan idmançıları üçün uğurlu oldu. Bununla belə, 2014-cü il daha məsuliyyətli olacaq. Bu il, Avropa Oyunlarına hazırlıq baxımından çox vacibdir. Əminəm ki, ölkəmiz Avropa Oyunlarını yüksək səviyyədə keçirəcək. Bu yarışlardan sonra şahmat olimpiadası, ardınca İslam Həmrəylik Oyunları olacaq. 5 mart tarixi hər bir idmançı üçün sevimli tarixdir. Həmin tarixdə 1995-ci ildə ilk dəfə Ümummilli Lider Heydər Əliyev idmançılarımızla görüşüb. Mən idmanda çalışan insanları, məşqçi, idmançı və digərlərini təbrik edirəm. Uğurlarımız bol olsun!".
