15 yanvar 2014 15:44
Şahmat və karate Bakı-2015-in proqramına salındı
Şahmat və karate 2015-ci ilin yayında Bakıda keçiriləcək Avropa oyunlarının proqramına salınıb. Azerisport.az xəbər verir ki, bu barədə gənclər və idman naziri Azad Rəhimov məlumat verib:
“Şahmatın olimpiya idman növü olmamasına baxmayaraq, Avropa komissiyası şahmatı karate ilə birgə Avrooyunların proqramına daxil etmək haqda xüsusi qərar qəbul edib”.
