19 dekabr 2013 16:55
Bakıda keçiriləcək Avropa Oyunlarını ISB yayımlayacaq
13 dekabr 2013-cü il tarixdə, Bakı Avropa Oyunları üzrə Əməliyyat Komitəsi (BAOƏK) Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək Avropa Oyunlarını yayımlayacaq Beynəlxalq İdman Yayımı Teleyayımı Şirkəti (International Sports Broadcasting, ISB) ilə çərçivə sazişinin imzalandığını bəyan etdi.
Bu saziş 12-28 iyun 2015-ci il tarixdə Avropanın və bütün dünya azarkeşlərinin Xəzər dənizinin sahilində yerləşən Bakı şəhərində keçiriləcək ilk Avropa Oyunlarını televiziya və onlayn vasitəsilə izləmək imkanına malik olacağını nəzərdə tutur. Avropa Olimpiya Komitəsi (AOK) tərəfindən yaradılan və 2012-ci ilin dekabrında Bakıda keçirilməsi qərara alınan Oyunlarda 49 ölkədən 5,000-dən artıq idmançı ən azı 18 idman növü üzrə yarışacaqlar.
16 gün davam edəcək Avropa Oyunları yarışması zamanı Beynəlxalq İdman Yayımı Teleyayımı yüksək dəqiqliklə gözlənilən 1,200 saatlıq yüksək keyfiyyətli teleyayımı təmin edəcək, bura bütün yarımfinal və finalların canlı yayımı və gündəlik əsas göstəricilər barədə məlumatın verilməsi daxildir. ISB Açılış və Bağlanış mərasimlərini və Azadlıq Meydanında təşkil ediləcək axşam əyləncə tədbirlərini də yayımlayacaq.
ISB dünyada idman yayımında özünün üstün və yenilikçi xüsusiyyətlərinə görə tanınır. 1996-cı ildə Manolo Romero tərəfindən əsası qoyulan ISB dünyanın çox saylı aparıcı idman tədbirlərinin teleyayımı şirkətidir, bura yeddi Olimpiya Oyunları, altı Paralimpiya Oyunları, çoxsaylı Dünya çempionatları və Dünya Kuboku üzrə yarışlar və Pan-Amerika Oyunları kimi qitə tədbirləri daxildir.
Teleyayım şirkəti olmaqla yanaşı, ISB 2015-ci il Avropa Oyunları üzrə teleyayımı hüquqlarının Avropada və onun hüdudlarından kənarda satışını idarə edəcək qurum olaraq təyin edilib. ISB həmçinin, 2015-ci il Avropa Oyunları üçün Beynəlxalq Teleyayımı Mərkəzinin layihəsini işləyib hazırlayacaq və həmin mərkəzi idarə edəcək.
“Hərtərəfli teleyayım təkliflərinə malikolma strategiyamızın mühüm hissəsi olub, Avropa Oyunlarının uğurlu yayımını təmin edir və Beynəlxalq İdman Yayımı Şirkətində biz mükəmməl tərəfdaşımızı görürük,” - gənclər və idman naziri və BAOƏK baş icraçı direktoru Azad Rəhimov dedi. “Manolo Romero və onun komandası bizə Avropa idmançılarının çıxışlarını, habelə ölkəmizin tarixini və mədəniyyətini dünya izləyicilərinə nümayiş etdirməkdə yardımçı olacaq.”
“Bu, yalnız 2015-ci il Bakı Avropa Oyunlarının teleyayımı üçün deyil, həm də Avropa Oyunlarının uzunmüddətli dayanıqlı inkişafı üçün çox müsbət xəbərdir,” AOK prezidenti Pətrik Hiki (Patrik Hickey) bildirdi. “Bu göstərir ki, Avropa Oyunları həyati qabiliyyətli məhsul olub, Avropada və dünyada əhəmiyyətli TV izləyiciləri idarə etmək iqtidarındadır. Eyni zamanda, bu, gələcək buraxılışlar üçün ciddi kommersiya tərəfdaşlarını cəlb etməyə yardımçı olacaq.
“Bütün bu deyilənlərdən əlavə, mən məmnunam ki, Avropanın elit idmançıları öz istedadlarını nümayiş etdirmək üçün müvafiq teleyayım platformasına malik olacaqlar,” - Hickey əlavə etdi.
“Biz dünyanın bir çox mühüm tədbirlərini yayımlamaq imkanına malik olduğumuz üçün çox xoşbəxtik və həmçinin, tədbirlərin əhatə dairəsinin genişlənməsinə yardımçı olmaq kimi nadir fürsətə malikik,” - Romero dedi. "Biz qətiyyətlə inanırıq ki, Avropa Oyunları dünyanın növbəti möhtəşəm idman tamaşalarından biri olacaq. Biz bu Oyunları Avropaya və dünyanın qalan hissəsinə yayım edəcək şirkət olaraq seçilməyimizdən və Bakı ilə tərəfdaş olub, onun dinamik və sürətlə inkişaf edən mədəniyyətini nümayiş etdirəcəyimizdən qürur duyuruq."
2015-ci il Avropa Oyunları irsini dəstəkləmək məqsədilə Beynəlxalq İdman Yayımı Şirkəti Avropa Oyunları ərəfəsində və müddəti zamanı Azərbaycandan olan idman yayımı üzrə peşəkar mütəxəssislər üçün təcrübi treninqlər və məşğələlər keçirməklə onlarla çalışacaq.
“Bu bəyanat Avropa Oyunları üçün mühüm mərhələ təşkil edir və Beynəlxalq İdman Yayımında dünya lideri olan şirkət ilə tərəfdaşlıq etməkdən məmnuniyyət duyuruq,” - BAOƏK Baş əməliyyat təmsilçisi Cim Şerr deyib. “İdmançılar, Milli Olimpiya Komitələri və İdman Federasiyaları əmin ola bilərlər ki, Beynəlxalq İdman Yayımı Şirkətinin fəaliyyəti ərzində Avropa Oyunları Avropanın ən yaxşı idmançılarına münasib mümkün ən geniş teleyayım imkanlarına malik olacaq.”
2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunları haqqında
Bakı 2015 ilk Avropa Oyunları olacaq və Avropanın 49 Olimpiya ölkəsindən 18 idman növü üzrə 5400 atlet bu Oyunlara qatılacaq. Oyunlara rəhbərliyi onu təşkil edən və tənzimləyən Avropa Olimpiya Komitəsi (AOK) edəcək. Bu Oyunların əsası 9 dekabr 2012-ci il tarixində İtaliyanın paytaxtı Roma şəhərində Avropa Olimpiya Komitəsinin Ümumi Yığıncağında Avropanın Milli Olimpiya Komitələrinin (MOK-lar) əksərinin Avropa Oyunlarının yaradılması lehinə səs verməsi nəticəsində qoyulmuşdur. Məhz həmin Ümumi Yığıncaqda MOK-lar inaqurasiya Oyunlarının yenə də əksər səs çoxluğu ilə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilməsinə qərar vermişdir.
