11 dekabr 2013 17:13

Bakı-2015-ə qədər qılıncoynatma üzrə baza tikilə bilər

Bu yaxınlarda Beynəlxalq Qılıncoynatma Federasiyası 100 illik yubileyini qeyd edib. Parisdə təşkil olunmuş mötəbər tədbirə bizdən AQF-in 1-ci vitse-prezdenti Yaşar Məmmədov dəvət olunub. Bu barədə məlumatı azerisport.az saytının əməkdaşına təcrübəli mütəxəssisin özü verib və bildirib ki, o, toplantıya qatılan yeganə azərbaycanlı olmayıb:
 
“Beynəlxalq Qılıncoynatma Federasiyası 100 illik yubileyinə İlqar Məmmədov da dəvət almışdı. Onu 2-qat olimpiya çempionu olaraq çağırmışdılar. Oğlumu Fransa paytaxtında həyat yoldaşı Yelena Jemayeva müşayiət etmişdi. Məlum məsələdir ki, milli komandamızın keçmiş üzvü 1999-cu ildə sablyaçı qadınlar arasında ilk dünya çempionu kimi tarixə düşüb. O, həmin il Dünya Kubokunu və Avropa çempionluğunu da qazanmışdı.
Tədbir çərçivəsində, Beynəlxalq Qılıncoynatma Federasiyasının Konqresi də keçirildi. Toplantıda 149 ölkənin nümayəndəsi qatılmışdı. Növbəti gündə gəmi ilə Sena çayı üzərində səyahət etdik. Səfərin finalında Parisin məşhur “Qrand Plaza”sında 1000 nəfərin iştirakı ilə böyük ziyafət təşkil olundu. Həmin qonaqlığda BOK-un yeni prezidenti Toma Bax da iştirak edirdi. Bildiyimiz kimi, o, qılıncoynatmanın rapira növündə Monreal-1976-nın qalibidir”.
 
Qeyd edək ki, İlqar Məmmədov hazırda Rusiyanın kişilərdən ibarət yığma komandasının baş məşqçisidir. Onun həyat yoldaşı Yelena Jemayeva isə, bu ölkənin qadın sablyaçılar arasından millisində çalışır.
 
Yaşar Məmmədov onu da əlavə edib ki, dünən “Fairmont” mehmanxanasında Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin toplantısı keçirilib. Yığıncaqda Bakı-2015-in proqramına daxil olunan idman federasiyalarının rəhbər nümayəndələri iştirak ediblər. İclasda əsas müzakirə mövzusu 1-ci qitə olimpiadasına hazırlığı gedişi olub.
 
Təcrübəli mütəxəssis bildirib ki, bu günlərdə federasiyanın prezidenti Nazim İbrahimovla görüşəcək. Ola bilsin, Bakı-2015-ə qədər qılıncoynatma üzrə baza tikilsin.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.