27 noyabr 2013 13:13
Aleksandr Jurkov: Bakı Avropa oyunlarına hazırdı
Rusiya MOK-nun prezidenti Aleksandr Jurkov, bu günlərdə Romada keçirilmiş Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında Bakı-2015-nin təqdimatına münasibət bildirib. Azerisport.az xəbər verir ki, şimallı mütəxəssis işin gedişi və bizim təşkilatçılığımızdan razı qalıb:
“Toplantıda çox maraqlı təqdimatlar oldu. 2015-ci ildə Azərbaycan paytaxtında keçiriləcək ilk Avropa oyunları da bu sırada idi. Bakı, əməli olaraq olimpiadaya hazırdır.
Orada çox gözəl olimpiya stadionu tikilir. Düzür, oyunlarda nəzərdə tutulan növlərin hamısı hələ təsdiqlənməyib. Amma elə çimərlik futbolu və kareti kimi idman sahələri var ki, bu mötəbər yarışa daxil edilməklə, tamaşaçıların xüsusi diqqətini cəlb edəcək”.
