26 noyabr 2013 18:00

"Olimpiadaya yeddi il hazırlaşırlar, ancaq bizim iki il yarım vaxtımız var"

Məşhur idman rubrikaçısı britaniyalı Alan Habbard 2015-ci ildə Bakıda keçiriləcək Avropa oyunlarına növbəti məqaləsini həsr edib. Azerisport.az Habbardın məqaləsini oxucuların diqqətinə çatdırır.
 
“Bakı. Bu, quş, təyyarə, Pleysteyşndə yeni bir oyun və ya yapon restoranında suşi ilə birgə nə isə sifariş verə biləcəyiniz bir şeydirmi?
 
Əlbəttə, idman həvəskarlarının əksəri beynəlxalq olimpiya hərəkatında Azərbaycan paytaxtının iddialı oyunçu olduğunu bilir.
 
Bu dörd hərf tezliklə bütün dünyanın idman lüğətində məşhur olacaq. Belə ki, iri yarışların təşkilatçıları təravətli, qonaqpərvər məkan axtarışındadır.
 
Bunlardan biri 2015-ci ildə Bakıda keçiriləcək Avropa oyunları olacaq.
 
Yaxın Şərqin bir çox şəhərlərindən fərqli olaraq, Bakı, demək olar ki, ilin istənilən fəslində özünün mülayim iqlimi ilə fərqlənir. Şəhərin əksər əhalisini müsəlmanlar təşkil edir. Ancaq cəmiyyət dünyəvidir. Dövlət öz vətəndaşlarına məzhəb azadlığını təmin edir.
 
Lonely Planet görə, Bakı gecə həyatının fəal olduğu on şəhər siyahısına daxildir. Məsələn, Las-Veqas bu siyahıda yoxdur”.
 
“Bu şəhərdə Oyunları qəbul etmək böyük çağırışdır. Biz Avropa Olimpiya Komitəsinin keçən ilin dekabrında təsdiq etdiyi çox sıx təqvim üzərində işləyirik. Olimpiadaya yeddi il hazırlaşırlar, ancaq bizim Avrooyunlara hazırlaşmaq üçün iki il yarım vaxtımız var. Bu, Asiya və ya Panamerika oyunlarındakı modeli xatırladır”, deyə Avrooyunların mətbuat və ictimaiyyətlə əlaqələr sədri Derril Saybl bildirib.
 
Onun sözlərinə görə, layihə üzərində London Olimpiadasının təşkilatçıları çalışır. “Arenalar, nəqliyyat, məntiq, yerləşdirmə - bunlar London Olimpiadasını fərqləndirən cəhətlər idi. Həmin şeylər Bakıda da olacaq”, deyə Saybl əminliyini dilə gətirib.
 
“Bakı fantastik yer, daim inkişaf edən şəhərdir. Biz burada çoxlu vaxt keçirəcəyik”, deyə Saybl fikrini tamamlayıb.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.