25 noyabr 2013 15:49
Namiq Abdullayev: İlk Avropa oyunları bizim üçün bir sınaqdı
“Bakı-2015-in loqosunu çox bəyəndim. Yaxşı işlənib. Müəllif bu simvolda bizim əsas milli dəyərlərimizi əks etdirməyi bacarıb”. Bunu azerisport.az saytına açıqlamasında AGF-in vitse-prezidenti Namiq Abdullayev deyib.
Olimpiya çempionu ilk Avropa oyunlarının ölkəmizdə keçirilməsini böyük hadisə sayıb və buna xüsusi önəm verib:
“1-ci qitə olimpiadasını yüksək səviyyədə təşkil ediləcəyinə əminəm. Bu mötəbər tədbir bizim üçün, həm də bir sınaqdır, fürsətidir. Avropa oyunlarını möhtəşəm keçirib, gələcək yay olimpiya oyunlarına ev sahibliyi iddiamızı bir daha ortaya qoya bilərik. İnanıram ki, bu dəfə daha irəli gedəcəyik”.
