24 noyabr 2013 00:01
Bakı-2015-in loqosu Visente Kalderon stadionunda! (FOTO)
Həftəsonu "Həyat-Naxçıvan" mehmanxanasının "Quba" zalında paytaxtda 1-ci Avropa oyunlarının rəsmi loqosu təqdim olundu. Azerisport.az xəbər verir ki, toplantı ilə eyni vaxtda Roma və Madriddə analoji tədbir keçirilib.
İtaliya paytaxtında təşkil olunan yığıncaqda gənclər və idman naziri Azad Rəhimov və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə iştirak ediblər. Yığıncaqda nazir Azad Rəhimov Bakı-2015-in loqosu ilə bağlı məlumat verib.
Nişanə ilk Avropa Oyunlarına ev sahibliyi edən şəhər qismində Bakının Avropa Olimpiya Komitəsinin 42-ci Baş Assambleyasında işlərin gedişatına dair ilk hesabatı zamanı nümayiş etdirilib.
Bakı-2015-in loqosu, La Ligada növbəti tur çərçivəsində noyabrın 24-də "Vicente Calderon" stadionunda "Hetafe" klubuna qarşı çıxış etmiş Madrid "Atletiko"sunun futbolçularının köynəklərini bəzəməklə, həmin axşam idman arenasında öz debütünü edəcək.
