23 noyabr 2013 14:06
Fərid Mansurov Bakı-2015-in loqosu ilə bağlı nə dedi?
Bu gün paytaxtda 1-ci Avropa oyunlarının rəsmi loqosu təqdim olunub. Azerisport.az xəbər verir ki, toplantıda olimpiya çempionu Fərid Mansurov da iştirak edib. O, tədbirlə bağlı bunları deyib:
“Bakı-2015 idmançılar üçün karyera müəyyənləşdirən imkanlar və məqamlarla, azarkeşlərə yüksək səviyyəli tədbirlərlə yadda qalacaq.
Avropa oyunları, həm də gənclərimizə ilham qaynağı olacaq. Bu loqonun daşınması, qitə idmanının gələcəyini formalaşdırmaq baxımından da əhəmiyyət kəsb etməlidir”.
