22 noyabr 2013 12:14
Sabah Bakı-2015-in loqosu rəsmən təqdim olunacaq!
Sabah 1-ci Avropa oyunlarının rəsmi loqosu təqdim olunacaq. Bu barədə məlumat; azerisport.az saytına yarışın təşkilatçılarından olan “Synergy” şirkətindən məlumat verilib.
Toplantı “Həyat-Naxçıvan” mehmanxanasında baş tutucaq.
Qeyd edək ki, Bakı-2015-də 12 idman növü üzrə yarışlar keçiriləcək. “Dördilliy”ə 28 yay olimpiya oyunlarının proqramından 16-ı, həmçinin 2 qeyri-olimpiya idman növü daxil olacaq. Bunlar, üzgüçülük, kamandan oxatma, badminton, taekvando, 3X3 basketbol, çimərlik futbolu, boks, çimərlik voleybolu, avarçəkmə, çimərlik voleybolu, velosport, qılıncoynatma, gimnastika, cüdo, karate, atıcılıq, stolüstü tennis, triatlon, su polusu, atletika və güləşdi.
Olimpiya stadionu (burada oyunların açılışı və yekun mərasimi təşkil olunacaq), Milli Gimnastika Arenası (idman gimnastikası, bədii gimnastika, batutla tullanmalar, akrobatika, idman aerobikası), Beynəlxalq Su Mərkəzi (üzgüçülük, suya tullanmalar, sinxron üzgüçülük), Baku Crystal Hall (voleybol, qılıncoynatma, taekvondo, boks, karate), Bakı İdman Sarayı (badminton, stolüstü tennis), Tofiq Bəhramov adına Respublika stadionu (kamandan oxatma), Heydər Əliyev adına İdman-Konsert Kompleksi (cüdo, güləş), Bakı Atıcılıq Mərkəzi (güllə atıcılığı), Velopark (mauntinbayk, BMX), Mingəçevir Avarçəkmə Bazası (baydarka və kanoe).
Həmçinin, bəzi idman növləri üçün müvəqqəti obyektlər hazırlanacaq. Su polosu, çimərlik futbolu, çimərlik voleybolu, 3X3 basketbol üçün arenalar Beynəlxalq Su Mərkəzinin yaxınlığında olacaq. Triatlon üzrə yarışlar Ramada oteli yaxınlığında başlayacaq və təxminən Bayraq Meydanı yaxınlığında başa çatacaq. Burada həm də veloidman (vaxta görə və şose ilə) üzrə yarışların finiş xətti təxmin edilir.