21 noyabr 2013 12:48

Bakı-2015-in nümayəndə heyəti AOK Baş Assambleyasında

22-23 noyabrda İtaliyanın paytaxtı Roma şəhərində Avropa Olimpiya Komitəsinin (AOK) 42-ci Baş Assambleyası keçiriləcək. Azerisport.az xəbər verir ki, toplantıda Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman Naziri Azad Rəhimov, MOK-un Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Könül Nurullayeva, Bakı-2015 Avropa oyunlarının əməliyyat şirkətinin İcraçı direktorunun müavini Cim Şerr, idman şöbəsinin müdiri Pyers O’Kallaqan, idmançılara xidmət və əməliyyat şöbəsinin müdiri Ceyms Malleod, baş məsləhətçi Duq Arnot və digərləri iştirak edəcəklər.
 
Assambleya seçki xarakteri daşıyacaq və 2 gün davam edən tədbirdə həmçinin AOK-un prezidenti, vitse-prezidenti, baş katibi və İcraiyyə Komitəsinə seçkilər keçiriləcək.
 
Tədbir zamanı Avropanın kiçik dövlətlərinin iştirakı ilə keçirdiyi XV Oyunlarının hesabatı, Avropa Gənclərinin Olimpiya Festivallarının XI Qış və XII Yay buraxılışlarına dair yeniliklər, Soçi-2014 Qış Olimpiya Oyunları, Rio-2016 Yay Olimpiya Oyunları, Pyeonçang 2018 Qış Olimpiya Oyunları və 2020-ci ildə Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunları haqda təqdimatlar ediləcək.
 
Onu da qeyd etmək lazımdı ki, 23 noyabrda Avropa oyunları ilə bağlı AOK-un əlaqələndirmə komissiyasının rəhbəri Spiros Kapralos, onun müavini Zlatka Matesanın iştirakı ilə Bakı-2015-in əməliyyat şirkətinin nümayəndələri tərəfindən təqdimat olacaq.
 
Azad Rəhimov, Könül Nurullayeva və Cim Şerr Azərbaycan paytaxtının oyunlara son hazırlıq durumu ilə bağlı məruzə ilə çıxış etməklə yanaşı, Milli Olimpiya Komitələrini maraqlandıran suallara cavab verəcəklər.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.