20 noyabr 2013 17:06

Marina Durunda: Avropa oyunları bizim üçün böyük şansdı

Dünən keçirilmiş bədii gimnastika üzrə ölkə çempionatında yeni qalib müəyyənləşdi. Azerisport.az xəbər verir ki, son 5 ilin dəyişməz çempionu Aliyə Qarayevanın karyerasını bitirməsindən sonra fəxri kürsünün ən yüksək pilləsində onun xələfinin kim olacağı maraqla gözlənilirdi.
 
Milli komandamızın liderləri Marina Durunda və Lalə Yusifovanın arasında gedən gərgin mübarizədə adı birinci çəkilən idmançı qalib gəldi. Yarışdan sonra yeni çempion sevincini saytımızın əməkdaşı ilə bölüşdü və qarşıdakı planlarından danışdı:
 
- Ölkə çempionatında fərqləndim. Çıxışımdan razıyam. Düzdü, hərəkətləri edərkən müəyyən xırda səhvlərə yol verirdim. Amma hesab edirəm ki, onları yaxın gələcəkdə düzəldə bilərəm. Üstəlik, indi böyük arenalarda uğur üçün daha çox məşq edib, səy göstərməliyəm.
 
- Gələn il Bakıda Avropanın ən güclülərinin yarışı keçiriləcək. Ölkə çempionatından sonra, həmin mübarizədə də fərqlənmək yerinə düşməzmi?
- Avropa çempionatının Azərbaycan paytaxtında təşkil oluması bizə üstünlük qazandırır. Bu yarışa yaxşı hazırlaşmaq, butun gücümüzü qoymaq və ölkəni layiqincə təmsil etmək lazımdı. Onun üçün medal qazanıb, azarkeşləri sevindirmək istəyirəm.
 
- Bilirsiz ki, qitə çempionatı yaxın gələcəkdə paytaxtımızda təşkil olunacaq son böyük tədbir deyil. 2015-ci ildə bizi daha mötəbər yarış - ilk Avropa oyunları gözləyir. Demək, meydan geniş, hədəfinizsə çoxdu...
- Avropa oyunları bizim üçün böyük şansdı. Baş məşqçi Mariana Vasilyevanın tapşırıqlarını bundan sonra da səylə yerinə yetirib, vəzifəmin öhdəsindən gəlməliyəm.
 
- Son 3 yay olimpiya oyunlarında ölkəmiz bədii gimnastika növündə təmsil olunur. Komandada lider olduğun üçün, indi bu məsuliyyət sizin üzərinizə düşür. Ağır yükü sonadək daşıya biləcəksiz?
- Olmpiadada iştirak etmək hər bir idmançının arzusudu. Niyyətimə yetişmək üçün, hər şeyi bu ruhda davam etdirmək lazımdı.
 
- Rio olimpiadasına ən çətin, amma doğma divarlar baxımından əlverişli yol, Bakı-2015-dən keçir. Bunu da nəzərdən keçirəcəksizmi?
- Əlbəttə (gülümsəyir). İşləmək gərəkdi. Bu bizim hədəfimizdi. Çətin olsa da, bir an belə komandanı tək qoymayan azarkeşlərin sayəsində arzumuza çatmağa çalışacağıq.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.